Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Elman bizə “var yox” söyüşü söydü Şirvandakı qəza dava ilə bitdi

Elman bizə “var yox” söyüşü söydü Şirvandakı qəza dava ilə bitdi

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Şirvan şəhərində 1994-cü il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Elmana (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şirvan şəhəri, Xəqani küçəsində yerləşən marketin qarşısında baş verib.
Aqil küçədə Elman ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ünvanına ucadan nalayiq ifadələr işlədib. 
O, ətrafdakı şəxslərin gözü qarşısında istintaqa məlum olmayan silah qismində istifadə etdiyi səkkiz güşəli dəmir parçası, yumruq və təpiklə Elmanın bədəninin müxtəlif nahiyələrindən vurub. 
Aqilin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə 1 may 2024-cü ildə baş verib:
“Qardaşım ilə Şirvan şəhərindəki marketin qarşısında bankomatdan pul çıxartmağa getdim. Bir nəfər yaşlı kişi bizim maşınımızı vurdu. Maşından düşərək həmin şəxslə söhbət etməyə başladım. Daha sonra Elman gəldi. O, bizimlə söyüşlə danışdı. Ona dedim ki, söyüş söyməsin. Qardaşım isə “sür gedək, problem yaranmasın” deyə bildirdi. Maşını sürməyə başladığım vaxt Elman bizə “var-yox” söyüşü söydü. Maşından düşərək ondan bizi niyə söydüyünü soruşdum. Sonra maşını sürərək getdim”. 
Təqsirləndirilən şəxs deyib ki, hadisə vaxtı Elmanı vurmayıb, ona xəsarət yetirməyib. O deyib ki, hadisə vaxtı onun əlində heç bir şey olmayıb. Əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini xahiş edib.
İş üzrə zərərçəkmiş Elmanın sözlərinə görə, onun 64 yaşı var, hamıya imkan daxilində kömək edir, söyüş söyən biri deyil:
“Təqsirləndirilən Aqili əvvəllər tanımamışam. Məlum hadisə günü, saat 19 radələrində ticarət mərkəzinin qarşısında, sonradan tanıdığım Aqilin avtomaşınına digər bir avtomobilin toxunduğunu, həmin avtomobilin sürücüsü ilə mübahisə etdiklərini gördüm. Yaxınlaşaraq onlara müştərilərə narahatlıq yaratdıqlarını, burda söz-söhbət salmamaqlarını, mübahisələrini kənarda etmələrini dedim. Bu zaman Aqil avtomaşınını sürətlə yerindən hərəkətə gətirdi və daha sonra geriyə döndərdi, avtomaşını saxlayaraq düşdü, əlinin içərisində tutduğu dəmirdən olan səkkiz guşəli alətlə üstünə cumaraq sol qabırğa nahiyəmdən həmin dəmir alətlə və təpik, yumruqla xəsarət yetirdi. Mən özümü saxlaya bilməyərək yerə yıxıldım. Həmin vaxt ətrafda olan şəxslər məni yerdən qaldırdılar. Sonra məni xəstəxanaya apardılar. Orada mənə tibbi yardım göstərildi. Həmin gecə bədənimdə güclü ağrılarım oldu. Səhəri gün klinikaya gedərək kompyüter-tomoqrafiyadan keçdim. Mənə qabırğalarımın qırıldığını dedilər”. 
Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxs onu vuran vaxt ətrafda çox sayda kənar şəxslər olub: “Mən hadisə vaxtı Aqilə qarşı heç bir qanunsuz hərəkətə yol verməmişəm. O cümlədən onu söyməmişəm və vurmamışam. Şəkər və ağır xərçəng xəstəsiyəm. Hadisədən uzun müddət keçdiyindən bəzi məqamları xatırlamıram”.
Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Aqil 3 il 3 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Aprel 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri