Icma.az
close
up
RU
Elman Nəsirov: “Seçkilərdə Zelenski qutudan qalib çıxa bilməyəcək”

Elman Nəsirov: “Seçkilərdə Zelenski qutudan qalib çıxa bilməyəcək”

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin çıxışından sonra hər şey aydınlaşmağa başladı. Artıq bəllidir ki, ABŞ-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı konkret, dəqiq mövqeyi var. Mövqe budur ki, müharibə təcili şəkildə dayandırılmalı, sülh əldə edilməlidir. Ən maraqlısı, müharibədə ABŞ öz müttəfiqlərini - Avropa İttifaqını əsas ittiham tərəflərindən biri kimi hesab edir, ona qarşı təzyiqlərini açıq şəkildə bildirir. Vens Münhendə söylədi ki, bu gün Avropa üçün əsas təhlükə nə Rusiyadan, nə Çindən, nə də üçüncü dövlətdən gəlir. Əsas təhlükə onun içindən gəlir. Avropa bu gün ABŞ ilə bölüşdüyü fundamental dəyərlərdən uzaqlaşmaqdadır. Söhbət ilk növbədə demokratiyadan gedir. Vens misal çəkdi ki, Rumıniyada Prezident seçkiləri keçirildi Avropa İttifaqı komissarlarından biri sevinc hissi ilə qeyd etdi ki, nəticələri ləğv olundu, çünki nəticələr Rumıniya iqtidarını qane etməmişdi. Həmin keçmiş komissar təbəssümlə dedi ki, oxşar addımı fevralın 23-də Almaniyada keçirilən parlament seçkilərində də etmək olar. Yəni görsən ki, hakimiyyətə başqaları gələ bilir, bu halda seçkinin nəticələrini ləğv et. Vəziyyət bu cür acınacaqlıdır. Vens də bildirdi ki, ABŞ bunu heç bir halda qəbul edə bilmir və bu gün Avropada nələr baş verməkdədir... Vensin bəyənatı Avropanı təlatümə gətirib. Artıq Avropa liderləri özlərinə yer tapa bilmirlər. Ən yaxın müttəfiqləri ABŞ açıq şəkildə onları ittiham edir. Düz gözlərinin içinə baxaraq həqiqətləri çəkinmədən, birbaşa söyləyir. Yəqin ki, bunun arxasında xeyli mətləblər dayanıb”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

“Fevralın 12-də Rusiya və ABŞ prezidentləri arasında 1 saat yarımlıq telefon danışığı yenidən Avropa liderləri üçün böyük fəlakət effekti yaratdı. Bu həm də Rusiyanın təcrid siyasətinin iflasa uğraması anlamına gəldi. Bununla heç bir halda Avropanın işinə qarışmaq istəmirlər. Belə olan halda Emmanuel Makron irəli düşüb, feralın 17-də Parisdə Aİ liderlərinin qeyri-formal görüşünü təşkil etdi. Məlum oldu ki, bu görüşə də selektiv şəkildə dəvətlər edib, daha böyük Avropa dövlətləri liderlərini çağırıblar. Digərlərini ya saya salmayıblar, ya da çoxu gəlmək istəməyib. 27 dövlətdən 8-i toplantıda iştirak edib. Heç bir yekun sənəd qəbul edə, Ukraynanın təhlükəsizliyinin təminatı ilə bağlı heç bir ortaq məxrəcə gələ bilməyiblər. Fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiyanın yüksək səviyyəli danışıqları başlandı. Danışıqlar düz 4 saat yarım çəkdi. Bu da bir göstəricidir. Danışıqların gedişatından məlum olur ki, bir sıra məsələlər üzrə artıq razılaşmalar əldə edilib. Xüsusilə, səfirliklərin əvvəlki tərkibdə heyətinin bərpası, həllini tapmayan məsələlərlə bağlı məsləhətləşmələr mexanizminin yaradılması təklif edilib. Bütün bunlar məntiqi nəticəyə gətirib çıxarır ki, prezidentlər səviyyəsində görüş baş tutsun. Tramp-Putin görüşünün keçirilməsi əsas hədəfdir. Həm də məlum olur ki, Ər-Riyad görüşündən sonra Tramp Floridada öz malikanəsində jurnalistlər üçün brifinq keçirib və Zelenski əleyhinə çox kəskin ittihamlar səsləndirib. Qeyd edib ki, bu adamın ölkəsində reytinqi 4%-dən də aşağıdır. Bu ifadənin nə demək olduğu hər kəsə bəllidir. Zelenski Münhendə dedi ki, prezident seçkilərinə gedə bilməz, çünki Ukrayna seçicisi bunu istəmir, müharibə vəziyyətindəyik. Zelenski Trampın mövqeyinin əksini deyir ki, onun reytinqi 4%-dən belə aşağıdır. 350 milyard dollar müharibə dönəmində Zelenski hökumətinə dəstək verilib. Bu pulun yarısından çoxunun hara getdiyindən Zelenskinin xəbəri yoxdur və vəsaiti geri qaytarmalıdırlar. Yəqin ki, ortada Trampın əsəblərini cilovlamamasının şərtləndirən başqa amil də var. Zelenski Putinin irəli sürdüyü dəyəri 500 milyard dollar civarında olan qiymətli metallarla bağlı sənədin imzalanmasından iki dəfə imtina edib. İndi də Ukrayna mətbuatında məlumatlar dolaşır ki, ABŞ ilə yox, Çinlə analoji müqavilə imzalaya bilər. İstisna deyil ki, bu Trampın Zelenskiya olan kəskin mövqeyini şərtləndirəcək növbəti amil ola bilər. Hər halda Rusiya-Ukrayna cəbhəsində vəziyyət gündən-günə kritikləşir. Rusiyanın aramsız hücumları fonunda, deyəsən, Zelenski də yeni müttəfiqlər axtarışına çıxıb. Əvvəl BƏƏ-yə səfər etdi, indi Türkiyəyə gəldi, Səudiyyə Ərəbistanına da səfəri nəzərdə tutulub. Bütün bunlar göstərir ki, o axtarışdadır, amma qatar gedib. Yəqin ki, bu il ərzində Ukraynada prezident seçkilərinin keçiriləcəyinə şahidlik edəcəyik. Trampın Zelenskinin reytinqləri barədə fikirləri də deməyə əsas verir ki, seçkilərdə Zelenski qutudan qalib çıxa bilməyəcək. Bu reallıqdır və bunu görməmək mümkün deyil”, - deputat bildirib.

Aytəkin Qardaşova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 Fevral 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see162

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see128

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri