Elmar Baxşıyev: “Hapoel”lə matçı Sabah üçün tarixi oyun adlandırmaq olar
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 25 avqust, AZƏRTAC
Səfərdəki minimalhesablı məğlubiyyətə baxmayaraq, komandaların şanslarını bərabər qiymətləndirirəm. Bu qarşılaşmanı "Sabah" üçün tarixi oyun adlandırmaq olar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elmar Baxşıyev “Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə keçirəcəyi cavab oyunu barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis bildirib ki, ilk qarşılaşma hər iki komandanın eyni səviyyədə və güc nisbətində olduğunu göstərib: "Komandalar təxminən eyni səviyyədədir. Daha böyük əzm və istəklə bu rəqibi keçmək mümkündür. Düşünürəm ki, “Sabah” ilk matça nisbətən fərqli oyun nümayiş etdirəcək və növbəti mərhələyə adlayaraq ilkə imza atacaq”.
Azarkeş amilinin vacibliyinə də toxunan mütəxəssis əlavə edib ki, tribunaların dəstəyi komandanı hücumda daha da motivasiyalı edəcək.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” – “Hapoel” oyunu saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda Azərbaycan çempionu 1:2 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 25 Avqust 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















