Icma.az
close
up
RU
Elmar Baxşıyev: Ucuz penaltini heç öz lehimizə də istəmərəm

Elmar Baxşıyev: Ucuz penaltini heç öz lehimizə də istəmərəm

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, "ağ-qırmızılar"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, bizi bu matçda nə gözləyir. Ağır oyun alındı. Hər iki komanda meydançada çoxlu mübarizə apardı. Bu gün meydanda istədiyimizi etməyə çalışırdıq. İstədiyim komandanı gördüm. Biz də bilirik ki, çempionatın əvvəlidir. Getdikcə, hücum və müdafiə planında daha da yaxşı komanda olacağıq.

- Mövsümə tez başlamağınız üstünlükdür, yoxsa "Omoniya"ya məğlubiyyətlər psixoloji cəhətdən təsir edib?

- Bu gün yaxşı mübarizəli oyun getdi. Futbolçular bu tempə, dinamikaya öyrəşirsə, təqdirə layiqdir. Düşünmürəm ki, avrokuboklar bizə müsbət və ya mənfi təsir edə bilər. İlk dəfə ölkəmizi avrokubokda təmsil edirik. Biz də başımızdan yuxarı tullanmağa cəhd etdik, amma alınmadı. Təzyiqə gəldikdə, 5 ildir ki, mövsümün əvvəli məni göndərirlər. Şayiələr normaldır. Onu da hansısa insanlar yaradır. Şayiələrə fikir verib, işimizə yanaşsaq, özümüz-özümüzü geri salmış olacağıq. Tənqidi qəbul edirik. Biz də komanda olaraq, artığını etməyə çalışdıq. Futbolda hər şey istəklə bağlı deyil. Ümidverici odur ki, komandam o geridönüşü etməyi bacarır. Kollektiv bərkdir, onlara inanıram. Turlar getdikcə daha da yaxşı "Araz-Naxçıvan" görəcəksiz. 

- Penalti epizodu haqda nə düşünürsüz?

- Mənim fikrimi soruşursuz... Mən də planşetdən baxıram. Ucuz penaltini heç öz lehimizə də istəmərəm. Penalti qərarı səhv idi.

- Niyə mərhələ adlamağı başınızdan yuxarı tullanmaq kimi dəyərləndirirsiz? 

- Ona başqa prizmadan yanaşmaq olar. Siz fikirləşirsiz ki, heyətimizə 4-5 oyunçu qatdıqca, mütləq qruplarda olacağıq? Avrokuboklar təcrübə tələb edir. Gözümüzün qabağında "Qarabağ" nümunəsi var. İllərdir addım-addım qruplara gəlibl. İstəklə bağlı olan bir şey deyil. Komanda özü formalaşmalıdır ki, avrokuboklarda da ardını gətirsin. Biz də bilirdik ki, yeniyik. Elə nüanslar olur ki, tək meydançaya yox, hər şeyə təsir edir. Ona görə komanda olaraq, biz də çalışdıq. Alınmadısa, tək "Araz-Naxçıvan"ı nümunə kimi gsötərməyə ehtiyac yoxdur. Bizdən başqa komandaların da oyunları alınmadı.

- İqor Ribeyronun gedişindən sonra müdafiədə sıxıntı çəkirsiz?

- "Barselona"nın baş məşqçisindən Messinin çatışmadığını soruşsalar, o da sual olaraq qalacaq. İqor mövzusu qapanıb. Sərəncamımda olanlar inanıram ki, onun yerini layiqli şəkildə dolduracaqlar.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Avqust 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri