Icma.az
close
up
RU
Elməddin Behbud: Çoxmillətli ölkənin terroçu funksiyasını üzərinə götürməsi qonşuluq baxımından yaxşı heç nə vəd etmir

Elməddin Behbud: Çoxmillətli ölkənin terroçu funksiyasını üzərinə götürməsi qonşuluq baxımından yaxşı heç nə vəd etmir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 iyul, AZƏRTAC

“Rusiyanın Azərbaycana qarşı hazırkı aqressiv və təxribatçı hərəkətləri fonunda Tatarıstan dövlətinin rəisi Rüstəm Minnixanovun Türkiyəyə səfər etməsi və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü təsadüfə bənzəmir. Rusiyanın pərdəarxası tələblərinin reallaşmamasından sonra bütün ölkəboyu azərbaycanlı vətəndaşlara və miqrant soydaşlarımıza qarşı hüquq-mühafizə orqanları vasitəsi ilə terrora başlaması daha təhlükəli təhdidlərin qapıda olduğunu göstərir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud söyləyib. Onun sözlərinə görə, bu, yenilik deyil. Siyasi analitik bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi 34 il ərzində çoxsaylı qeyri-dost geosiyasi konfiqurasiyalara və təhlükələrə qarşı dirəniş göstərib. Açıq və gizli planda böyük itkilər, qurbanlar verib:

“Azərbaycan dünyada dondurulmuş münaqişələr tarixində presedent yaradaraq ərazi bütövlüyünü bərpa etməyə nail olan yeganə dövlətdir. Eyni zamanda ölkəmiz quzeydən və güneydən, həmçinin batıdan gələn bütün təzyiq və təhdidlərə sinə gərərək regional aktor kimi enerji və nəqliyyat dəhlizlərində də açar rola sahiblənib. Avrasiyanın kəsişmə nöqtəsində son dərəcə strateji coğrafi və siyasi mövqedə yerləşən Azərbaycan Respublikası olmadan istər Orta Dəhliz, istərsə də “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin reallaşdırılması mümkünsüz görünür. Ölkəmiz “yaşıl enerji”yə keçidlə də bağlı ən effektiv konseptə uyğun fəaliyyət planını gerçəkləşdirməyə başlayıb. Azərbaycan, Türkiyə və Pakistan formatında ticarət, nəqliyyat, enerji, müdafiə sənayesi kimi məsələlərdə birgə inkişafa nail olmaq üçün davamlı olaraq üçtərəfli görüşlər keçirilir və bu iş birliyi hazırda institusionallaşdırılmağa doğru yönəlib. Müdafiə sahəsindəki əməkdaşlığın dərinləşdirilməsinə Azərbaycanın milli təhlükəsizliyinin təminatı baxımından xüsusi ilə böyük əhəmiyyət verir. Türk Dövlətləri Təşkilatının gücləndirilməsi isə Azərbaycan dövlətinin əsas və dəyişməz siyasi prioritetləri sırasındadır.

Rusiya isə hər zaman tələb edir. Özü də qeyri-adekvat formada, həm də qarşılıqsız. Azərbaycanlılara qarşı bu günlərdə Rusiyada törədilən bu vəhşi hadisə əslində heç də təəccüb doğurmur. Çünki Rusiya adətən ənənəvi metodla siyasi xəttindən narazı qaldığı dövlətin onun ərazisində yaşayan və işləyən vətəndaşlarını təzyiq altında saxlayır, həmin ölkədən gələn məhsullarda "sağlamlıq üçün böyük təhlükə törədən viruslar taparaq" sərhəddən geri qaytarır, bir çox hallarda isə belə ölkələrin xalqlarından olan şəxslərə qarşı kütləvi həbslər və işgəncələr tətbiq etməklə varlığını ifadə edir. Bu dəfə isə acıqlarını daha vandal formada - insanları qətlə yetirməklə çıxıblar. Bu, insanlıq əleyhinə cinayət faktıdır. Çoxmillətli ölkənin avantürist siyasi yanaşma ilə terroçu funksiyasını üzərinə götürməsi qonşuluq münasibətləri baxımından tərəflərə yaxşı heç nə vəd etmir. Azərbaycan dövləti isə xarici siyasətini İkinci Qarabağ savaşında qazandığı Zəfərin yaratdığı yeni siyasi şəraitin çağırışlarına uyğun qurur. Rəsmi Bakı indi daha güclü, müttəfiqləri ilə birgə dünyada yeni geosiyasi konfiqurasiyaların yaradıcısı rolunda çıxış etməyə başlayıb. Bu isə imperiyanı bərk qəzəbləndirir. Biz ən çətin dövrlərdə belə imperiyanı seçməmişik... Hətta müstəqilliyimizi təhdid edən güclərin ölkəmizə qarşı həlledici təsirə malik olduğu zamanlarda belə.

Əgər rəsmi Moskva indiki güclü Azərbaycanı imperiyaya xidmətçi rolunda görürsə deməli, həqiqətən də Kreml başını itirib. Biz müstəqil və sağlam, mərkəzində Türk faktorunun dayandığı gələcəyi, davamlı inkişafı seçmişik. İmperiya yırtıcıdır, aqressivdir. Amma rəqibsiz və əbədi olaraq qalib və diktəedən deyil. Biz bu tezisi bir neçə dəfə praktik olaraq sübut etmişik. İnanıram ki, imperiya yenə və daha fərqli məzmun və formada buna şahidlik etməyə məcbur olacaq. Azərbaycan uğrunda canından on minlərlə türkün keçdiyi müstəqil və qüdrətli dövlətdir. Bu mərhələni də alnıaçıq şəkildə aşıb keçəcəyik. Hamımız “Dəmir yumruq” kimiyik və dövlətimizləyik!”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri