Icma.az
close
up
RU
Elmi ədəbi ehtimallar gerçəklik müstəvisində

Elmi ədəbi ehtimallar gerçəklik müstəvisində

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin 24-də daimi küləyini günəşli havaya müvəqqəti güzəştə gedən doğma Bakıda yenə həyatın sonsuz ehtimallarla dolu kəsişməsində - tıxacda ilişib qalmışdım: bir gözüm saatda, bir gözüm yolda, əlim sükanda, ayağım qazda-əyləcdə, fikrim-zikrim isə Azərbaycan Yazıçılar Birliyində (AYB) saat 11:30-da keçiriləcək Xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllifliyi ilə nəşr olunmuş "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq" və "Qeyri-səlis məntiq və dil-nitq" kitablarının təqdimat mərasimində...

Bu fundamental nəşrlərin müxtəlif qurumlarda keçirilən əvvəlki təqdimatlarını xatırlaya-xatırlaya düşündüm, görəsən, vaxtında tədbirə çatacağam, ya yox? Bu situasiyada - tıxacın nə qədər çəkəcəyini bilmədən, konkret "bəli" və ya "xeyr" cavabı sadəlövhlük olardı, üstəlik, qeyri-səlis məntiqin fərqli sahələrə tətbiqi ilə bağlı nəşrlərin təqdimatına tələsərkən... Qeyri-səlis məntiqin mahiyyəti də elə budur - həyatın sərt "ya hə", "ya yox"unu "bəlkə"yə, "ola bilər"ə, "görək necə olar"a çevirmək. "Bəli" ilə "xeyr"in sərt sərhədlərini pozan qeyri-səlis məntiq bizə öyrədir ki, hər şey ağ və ya qara deyil. Bəzən rənglərin qovşağında doğulan fərqli tonlar daha çox həqiqət, yaxud ehtimalları özündə gizlədir. Bu, həm də psixoloji bir gerçəkdir - insan daim qeyri-müəyyənlik içində seçim etməyə məcburdur... Bu nəzəriyyə azad iradə, seçim hüququ və təfəkkürün demokratikləşməsi ideyaları ilə səsləşir.

...Tədbirə vaxtında çatdım. AYB-nin "Natəvan" klubunun qarşısında televiziya jurnalistləri sözügedən nəşrlərlə bağlı videosüjet hazırlamaq üçün uyğun müsahiblər axtarırdılar...

AYB-nin sədr müavini, tədbirin moderatoru Rəşad Məcid təqdimat mərasimini açaraq adıçəkilən kitabların həm məntiqin sərhədlərini genişləndirdiyini, həm də ədəbi düşüncəyə yeni baxışlar gətirdiyini vurğuladı, nəşrlər haqqında yığcam məlumat verdi: "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabı Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən bəhrələnərək yazılıb, burada qeyri-səlis məntiqin dörd əsas sütunu - ümumi məntiq, qeyri-səlis çoxluqlar, epistemik (epistemoloji) və münasibətlər sütunları haqqında məlumat verilir. Qədim "Kitabi-Dədə Qorqud" dastanı qeyri-səlis məntiqin prinsiplərini öz dilində geniş şəkildə əks etdirir. Dastanımızda qeyri-səlis məntiqə aid zəngin dil materialı mövcuddur. Kitab Türkiyədə, Almaniyada da çap edilib."Qeyri-səlis məntiq və dil-nitq" kitabında isə qeyri-səlis məntiq nəzəriyyəsi ilk dəfə olaraq dilçilik obyekti olan dilə-nitqə tətbiq edilib. Böyük rəy və coşqu yaradan bu kitabların Yazıçılar Birliyində də təqdim edilməsinin dərin mənası var. Onu da deyim ki, müəlliflər hazırda uşaqlar üçün qeyri-səlis məntiqlə bağlı nəşr üzərində işləyirlər, səbirsizliklə həmin kitabı da gözləyirik".

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında bu kitabları sadəcə elmi deyil, həm də bədii düşüncəyə yeni aspektdən nəzər salınan ciddi araşdırmalar kimi dəyərləndirdi: "Professor Rafiq Əliyevi müəllif kimi Yazıçılar Birliyində salamlamaqdan məmnunluq duyuram. Yazıçı Kamal Abdulla ilə məni bir çox məqam, o cümlədən "Kitabi-Dədə Qorqud" birləşdirir. "Kitabi-Dədə Qorqud" o qədər geniş mövzudur ki, onu humanitar sahədən bir az kənar, dəqiq elmlər aspektindən də təhlil etmək, öyrənmək mümkündür. Bu kitablarda əksini tapan və bəzən çətin başa düşülən ciddi mövzuları anlamaq üçün yeni bilikləri öyrənməyə də açıq olmaq lazımdır. Çox sevinirəm ki, "Kitabi-Dədə Qorqud", eləcə də dil-nitq mövzusu qeyri-səlis məntiqlə yeni səpkidə araşdırılıb".

Xalq yazıçısı, kitabların həmmüəllifi akademik Kamal Abdulla bütövlükdə qeyri-səlisliklə əhatə olunduğumuzu vurğuladı: "Həyatımızın hər sahəsində qeyri-səlislik var. Hətta "Necəsən?" sualına cavab kimi işlənən hər hansı söz, yaxud ifadə də öz yaranışından qeyri-səlisdir. "Yaxşıyam", "pisəm", "belə də", "birtəhər" cavabları qeyri-səlislik nümunəsidir. Qeyri-səlislik əslində səlisliyə olan meylimizin, can atmağımızın göstəricisidir. Azərbaycan-amerikan alimi professor Lütfi Zadə hələ 1994-cü ildə qeyri-səlis məntiq nəzəriyyəsinin ədəbiyyatşünaslıq, folklor, fəlsəfə, linqvistika, psixologiya, sosiologiya, hüquq, iqtisadiyyat kimi sahələrdə də qeyri-səlis məntiqin tətbiq olunacağını qeyd edirdi. Professor Rafiq Əliyevlə uzun illər birgə dostluğumuz zamanı dəfələrlə bu mövzuda apardığımız söhbətlər bizi bu kitabları yazmağa təşviq etdi".

Anarın "Kitabların yazılma prosesi haqqında" ünvanladığı suala cavab olaraq Kamal Abdulla dedi: "Qeyri-səlis məntiq" ibarəsini Azərbaycan dilinə Rafiq Əliyev gətirib. Qeyri-səlis məntiqə aid ideyalar da ona məxsusdur. Bu kitabların hər fəslinin ümumi qayəsini, hətta hər bir cümləsini belə birlikdə müzakirə edirdik. Bundan sonra isə fəsilləri mən qələmə almışam. Yazdıqdan sonra hər ikimiz oxuyub yenidən düzəlişlər etmişik".

Nəşrlərin həmmüəllifi professor Rafiq Əliyev çıxışında düşüncənin sərhədsizliyini yalnız qeyri-səlisliklə modelləşdirməyin mümkünlüyündən danışdı. O, şair Ramiz Rövşənin poeziyasından nümunələr səsləndirərək qeyri-səlis məntiq nəzəriyyəsindən təhlil etdi:

Qəfil gün doğsa bir gecə,

Dünya düm ağ işıqlansa;

Görərik kimlərin əli

kimlərin cibindən çıxır...

Yəni dünyanın işıqlanması qəti deyil, bir ehtimaldır. Ola da bilər, olmaya da bilər... Yaxud şairin "Nə var Allahdan yuxarı? Nə var qəbirdən aşağı?" misralarına da qeyri-səlis məntiq prizmasından yanaşanda, "bəs bu yuxarı ilə aşağının ortasında mən özüm haradayam?" sualı meydana çıxır... Yadıma Bəxtiyar Vahabzadə ilə Xudu Məmmədovun dialoqu düşür bu məqamda. Hər ikisi tezdən durub bağda gəzirmişlər, Bəxtiyar Vahabzadə görür ki, Xudu müəllim əlində tutduğu bir çiçəyə dəqiqələrcə tamaşa edir. Bəxtiyar müəllim dözməyib soruşur ki, ay Xudu, nə baxırsan? Cavab verir ki, bu çiçəkdə qırmızıdan çəhrayıya keçid var. İndi gəl, bacarırsansa, o çaların sərhədini tap". Qeyri-səlis məntiq Xudu müəllimin dediyi həmin çalarları tapa bilməkdir".

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə qeyd etdi ki, epos və tarix çərçivəsindən baxanda həqiqətin, faktların mövcudluğunun tarixən olub-olmadığı dəqiq bilinmir: "Belə ehtimal məsələlərini əhatə edən bu nəşrlər bütövlükdə Azərbaycan elmi üçün dəyərli tədqiqatlardır".

AYB-nin katibi, şair və tərcüməçi Səlim Babullaoğlu təqdim edilən kitabların əhəmiyyətini vurğulayaraq həyatın bir çox sahələrində qeyri-səlis məntiq nəzəriyyəsinin mövcudluğundan danışıb, müqəddəs Qurani-Kərimdə də həm səlis, həm qeyri-səlis məntiqlə bağlı həqiqətlərin yer aldığını dedi.

AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli bildirdi ki, bu kitabları oxuyandan sonra hara baxıramsa, nəyi oxuyuramsa, istər-istəməz, qeyri-səlislik axtarıram: "Kamal müəllimin dilimizin qədim qatlarını mənimsəməsi və bunları Rafiq müəllimlə birgə qeyri-səlis məntiqin tətbiq edərək qələmə alması nəşrlərin uğurunu təmin edib".

Akademik Əli Abbasov təqdim edilən kitabları həm fundamental elmi araşdırmalar üçün, həm də praktiki tətbiqlər üçün dəyərli bir mənbə kimi qiymətləndirdi.

AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev bu nəşrləri unikal bir təcrübə adlandırdı: "Bu həm də elmlərin öz qəti sərhəd çərçivələrindən çıxaraq bir-birinə mədəni inteqrasiyasının göstəricisidir".

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, professor Cəlil Nağıyev, ADNSU-nun prorektoru, professor Lətafət Qardaşova, folklorşünas alim, akademik Muxtar İmanov və digərlərinin çıxışlarında qeyd olundu ki, təqdim edilən kitablar həmmüəlliflərin qeyri-səlis məntiq prinsiplərinə əsaslanan dərin elmi-fəlsəfi təfəkkürlərinin və orijinal yaradıcılıq axtarışlarının dəyərli nümunəsidir: "Bu fundamental əsərlər yalnız akademik və elmi dairələr üçün deyil, eyni zamanda fəlsəfi düşüncəyə maraq göstərən geniş oxucu kütləsi üçün də zəngin intellektual və idrak yönümlü bir təcrübə təqdim edir".

Tədbirin sonunda müəlliflər tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlıqlarını bildirdilər.

P.S. Alqışların və səslənən fikirlərin fonunda tədbir yekunlaşdı, ancaq böyük ehtimalla, təqdimatda şüuraltına səpilən qeyri-səlis düşüncə və təfəkkür toxumları tədbirdən sonra da zehinlərdə cücərməyə, boy atmağa davam edəcək, həmin kitabları oxuyanlarda isə arxaik və linqvistik hikmətlə qeyri-səlis məntiqin çağdaş elmi yanaşmasından yaranan yeni düşüncə modelləri formalaşacaq.

Sevinc MÜRVƏTQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Aprel 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see204

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see183

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see167

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see165

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see155

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see142

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see130

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see130

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see130

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see129

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see128

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see127

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see124

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri