Icma.az
close
up
RU
Elmi işlərin vəziyyəti nə yerdədir? Min manatlıq mükafat problemləri həll etməyəcək

Elmi işlərin vəziyyəti nə yerdədir? Min manatlıq mükafat problemləri həll etməyəcək

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda alimlərin, təşkilatların və hətta ölkələrin elmin inkişafına verdiyi töhfələr həm də elmi nəşrlərin sayı və istinadlarına görə qiymətləndirilir. Yəni müasir elm fəlsəfəsinin təməl daşı orijinal tədqiqatın nəticələrinin məcburi nəşridir. Yalnız bu yolla yoxlanıla və bundan sonra onlar "elmi bilik" dediyimiz tədqiqatın bir hissəsi ola bilər. Məsələn, elmi inkişaf etmiş ən qabaqcıl ölkələrdə çalışan alimlər iddia edirlər ki, vaxtlarının çoxunu, təxminən 70-80%-ni məqalə, məruzə, layihə yazmağa sərf edirlər, nəinki təcrübələrin aparılmasına, nəticələrin işlənilməsinə və hesablamalara. Ölkəmizdə alimlərimizin elmi məqalələrinin nüfuzlu jurnallarda dərci həmişə axsayan yerimiz olub. "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bu günlərdə Elm və Təhsil Nazirliyinin mövzu ilə bağlı yaydığı məlumat deyəsən, problemin çözümünə doğru addımdır. Nazir Emin Əmrullayevin məsələ ilə bağlı paylaşımı bu sahədə ciddi irəliləyişdən xəbər verir. "Alimlərimizin "Scopus" elmmetrik bazasındakı göstəriciləri ciddi şəkildə yaxşılaşıb. Ötən illə müqayisədə bu ilin 8 ayında bazadakı məqalələrin sayı 2 dəfədən çox artaraq 2 382-yə çatıb. Alimlərimizin məqalələrinin 11.2%-i dünyanın ən çox istinad alan 10% elmi işi arasındadır. 2025-ci ildə ölkə üzrə ümumi elmi işlərin sayının tarixdə ilk dəfə 3 000-dən çox olacağı istisna edilmir", - paylaşımda deyilir. Həmçinin qeyd edilib ki, Q1 və Q2 kvartilli jurnallarda dərc olunan məqalə sayımızda da ciddi artım müşahidə edilir.

Ancaq sual yaranır: "Elmi məqalələrin artımı elmi nailiyyətlərin bütövlükdə göstəricisi və ya Azərbaycan alimlərinin beynəlxalq elmi fəaliyyətində yüksəlişdirmi?"

Məsələyə münasibətdə tədqiqatçıların fikirlərini öyrənməyə çalışdıq:

Akademik Rafiq Əliyev hesab edir ki, göstərici kəmiyyət baxımından çox yaxşıdır: "Scopus"a düşmək böyük uğurdur. Amma məndə informasiya yoxdur ki, məqalələr hansı jurnallarda çap olunub. Dünyada elmi jurnallar 4 kateqoriyaya - Q1, Q2, Q3 və Q4 kateqoriyalarına bölünür. Əgər 3 minə yaxınlaşan elmi məqalənin 50-60 faizi Q1-Q2 kateqoriyasına daxildirsə, bu, böyük uğurdur. Məqalələrin dünyanın seçilmiş jurnallarında çap olunması çox gözəl olardı. Yəni onlara çoxlu istinadlar olsun, yayılsın, orada "Azərbaycan elmi" sözü olsun. Daha çox "Web of Science"ə və "Scopus"da çap olunmağa fikir vermək lazımdır. Bunlar dünya elmi cəmiyyəti tərəfindən ən yaxşı dərc edilən jurnallar kimi qəbul edilir. Onda biz keyfiyyətlə kəmiyyət arasında müqayisə apara bilərik. Arzum budur ki, bu tədqiqatlar gələcəkdə davam eləsin və birinci kateqoriyaya aid olsun. Sevindiricidir ki, bizim üç universitetimiz - Bakı Dövlət Universiteti, İqtisad Universiteti və Dövlət və Neft Sənayesi Universiteti "QS Dünya Universitetlərinın Reytinq" sıralamasında yer alıb". Akademik alimləri stimullaşdırmaq üçün onlara pul mükafatı verilməsinə də münasibət bildirib: "Dünyanın nüfuzlu jurnallarında çıxan məqalələrdən müəyyən qədər bal toplanırsa, mütəmadi olaraq alimə əlavə maaş verilir. Belə bir prosedur dünyanın başqa universitetlərində də var. Bu, elm adamlarında, tədqiqatçılarda stimul yaradır. Ancaq onların stimullaşdırılması üçün birdəfəlik yox, mütəmadilik yaxşı olardı".

"Ümumiyyətlə, məqalə sayı ilə elmi işlərin keyfiyyəti arasında korrelyasiya mövcuddur. Lakin məqalə sayının çox olması hər zaman keyfiyyətin göstəricisi deyil", - deyə Kembric Universitetinin professoru Qərib Mürşüdov bildirir: "Bu, yalnız elmi işlərin mövcudluğunu və alimlərin aktivliyini əks etdirir. Şübhəsiz ki, kəmiyyət və keyfiyyət bir-birindən fərqli anlayışlardır. Ancaq əgər kəmiyyət yoxdursa, keyfiyyətdən danışmaq çətin olardı. Bu aspektdə Çin elminin inkişafına nəzər yetirmək maraqlı olar. 1990-cı və 2000-ci illərdə Çində daha çox məqalə sayına diqqət yetirilirdi və təxminən 2010-cu illərdə Çindən çıxan elmi məqalələrin sayı Avropa və Amerikada çıxan məqalələrlə bərabər oldu. Lakin keyfiyyət baxımından bu məqalələr müqayisə olunmaz dərəcədə fərqli idi. 2010-cu illərin ortalarından etibarən Çin elmi dairələrində əsas diqqət keyfiyyətə yönəldildi və hazırda orada çıxan məqalələr Avropa və Amerika məqalələri ilə həm keyfiyyət baxımından müqayisə edilə bilər, həm də bəzən onları üstələyir".

Alimin fikrincə, keyfiyyəti ölçmək üçün müxtəlif meyarlardan istifadə etmək vacibdir: "Məsələn, jurnalların impakt faktorları bu məqsədlə istifadə edilən ən geniş yayılmış meyarlardan biridir. Baxmayaraq ki, bu yanaşma bəzən ziddiyyətli qəbul olunur. Elmin keyfiyyətinin əsas meyarı elmi nəticələrin ölkənin iqtisadiyyatına təsiri ilə ölçülə bilər. Lakin belə bir təsirin yaranması üçün elmi mühitin inkişafı və mütəxəssislərin hazırlanması mühümdür. Müşahidəmə görə, hazırda Azərbaycanda elmin inkişafı sənayeyə və iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir göstərəcək səviyyədə deyil. Atılan addımlar alqışlanmalıdır, nəhayət, Azərbaycanda elmin inkişafına təkan vermək üçün ciddi addımlar atılır".

Alim hesab edir ki, ümumiyyətlə, elm və təhsil sahələrində maaş strukturunda köklü dəyişikliklər edilməlidir. Hazırkı maaş strukturu qənaətbəxş deyil və maaşların miqdarı çox aşağıdır: "Lakin maaş strukturunu elmi işlərin kəmiyyətini və keyfiyyətini ölçə bilən dəqiq mexanizmlər tətbiq edilmədən dəyişdirmək düzgün nəticə verməz. Ümid edirəm ki, hazırda istifadə olunan elmmetrik metodlar, tam mükəmməl olmasa da, maaş strukturunda və ümumiyyətlə elmin təşkilində islahatlar üçün atılan ilk addımdır".

Mükafatlara gəlincə, alim deyir ki, bu təcrübə inkişaf etmiş ölkələrdə və aparıcı müəssisələrdə adi bir praktikadır: "Əlbəttə, təkcə min manatlıq mükafat elmin təşkilində mövcud olan bütün problemləri həll etməyəcək. Lakin kiçik bir addım kimi buna müsbət baxıram".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Noyabr 2024 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see142

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see113

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see109

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see109

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri