Icma.az
close
up
RU
Elmi sosioloji tədqiqat layihəsinin nəticələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Elmi sosioloji tədqiqat layihəsinin nəticələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda, Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk Barometri 2024 - Türk Dövlətlərində Təhsil və Elm Sahəsində Əməkdaşlıq: Mövcud Reallıqlar və Gələcəyə Baxış” adlı elmi-sosioloji tədqiqat layihəsinin nəticələrinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

APA xəbər verir ki, konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri millət vəkili Zahid Oruc, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, türk dövlətlərindən tədqiqat qrupunun üzvləri olan alimlər, təhsil ekspertləri, QHT və media təmsilçiləri iştirak edib.
Beynəlxalq konfrans iştirakçılarını salamlayan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri millət vəkili Zahid Oruc bildirib ki, müasir dövrdə elm və təhsil sahəsində əməkdaşlığın bu cür elmi-sosioloji tədqiqatlarla müəyyən olunmasının Türk dövlətləri arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev aparılmış tədqiqatın Türk dövlətləri arasında mövcud elm və təhsil əməkdaşlığına dair aktual məsələlərin geniş miqyasda tədqiq olunduğunu qeyd edib.

Çıxışlardan sonra elmi-sosioloji tədqiqatın nəticələri Türk dövlətlərindən olan tədqiqat qrupunun üzvləri tərəfindən konfrans iştirakçılarına təqdim olunub.

Azərbaycan tərəfindən Sosial Tədqiqatlar Mərkəzinin eksperti Elmin Nurizadə, Qazaxıstan adından Lev Qumilyov Avrasiya Milli Universitetindən dos. Nurlan Baigabylov, Türkiyə adına Düzce Universitetindən dos. Taner Atmaca və İzmir Demokratiya Universiteti müəllimi dos. Dr. Barış Çağırtkan, Özbəkistan adından Daşkənd Dövlət Nəqliyyat Universitetinin fəlsəfə kafedrasının müdiri Prof. Dr. Jumaniyaz Ramatov və Alisher Novai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin müəllimi dos. Faroqat Fayzieva, Qırğızıstan adından Qırğızıstan-Türkiyə Manas Universitetinin sosiologiya kafedrasının müəllimi Dr. Ali Ünal Türk dövlətlərində təhsil və elm sahələrində əməkdaşlıqla bağlı respondentlərin rəylərini, gözləntilərini və gələcək inkişaf perspektivlərini təqdim ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Türk Dövlətləri Təşkilatının himayəsində yaradılan Beynəlxalq Türk Akademiyası tərəfindən "Türk Dünyası 2040 Vizyonu" sənədində göstərilən hədəflərə uyğun olaraq, üzv ölkələr arasında hər il "Türk Barometri" adlı genişmiqyaslı beynəlxalq tədqiqat həyata keçirilir. Bu tədqiqatın Azərbaycan üzrə icraçısı Sosial Tədqiqatlar Mərkəzidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Aprel 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri