Icma.az
close
up
RU
Elmin Nuri: Məktəb rəhbərliyi də məktəbdaxili qiymətləndirmələrin aradan qaldırılmasını istəyirlər

Elmin Nuri: Məktəb rəhbərliyi də məktəbdaxili qiymətləndirmələrin aradan qaldırılmasını istəyirlər

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, paytaxtda ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunub. Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.

Artıq keçən ildən 3- cü siniflər üçün də monitorinqlər keçirilir. Yaxşı ki, sağ olsunlar 2-ci, 3 cü siniflərdə BSQ-ni ləğv ediblər.

Monitorinqlər, eləcə də kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmə BSQ, şagirdlərə nə qazandırır?

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, məktəbdaxili qiymətləndirmələr əlavə yükdür, əlavə stressdir və aradan qaldırılmasını istəyirlər:

“Məktəbdaxili qiymətləndirmə ilə bağlı tərəfimizdən səsləndirilən iradlarla, ümumiyyətlə istər bir valideyn, istər bir vətəndaş kimi narazılığınızla həddindən artıq razıyam. Bu fikirdə olan təkcə siz, təkcə media nümayəndələri, təhsil tədqiqatçıları deyil, ümumiyyətlə artıq müəllimlər də, valideynlər də, hətta əmin olun ki, məktəb rəhbərliyi də, məktəbdaxili qiymətləndirmələrin əlavə yük olduğunu, əlavə stress olduğunu, bunun nəyəsə bir faydalılıq göstərgəsini, nəsə bir tramplin xarakterinin olmadığını deyirlər və aradan qaldırılmasnı istəyirlər.

Şəxsən mən düşünürəm ki, bu arzu və xəyal deyil, mənim subyektiv fikrimdir. Müəyyən bir təhlilvari praqmatik yanaşmamdır ki, BSQ və KSQ-lər ümumiyyətlə məktəbdaxili qiymətləndirmələr gələcəkdə, ya ümumiyyətlə ləğv olunacaq, ya da çox ciddi dəyişikliklərə gətirib çıxaracaq”.

Elmin Nuri qeyd vurğulayıb ki, bir neçə il bundan əvvəl ümumtəhsil pilləsi üzrə təhsil alanların qiymətləndirilməsi qaydalarına dəyişiklik edildi:

“3-cü siniflərlə bağlı ciddi qərarlar verildi. Həmin qərar summativ yükünün nisbətən azaldılması idi. 1- ci siniflərdə  isə, ümumiyyətlə summativ olmamalıdır. Biz təhsil prosesində şagirdin psixologiyasını öyrənməliyik. Təhsil ümumiyyətlə psixoloji prosesdir. Təhsil təkcə öyrənmə prosesi deyil. Təhsil ona görə təhsildir ki, o zehni proseslə, psixoloji prosesin sintezindədir. Biz psixoloji amilləri nəzərə almırıq. Bu gün oyuncaq mühitindən çıxan 1-ci sinif uşağı onsuz da dərs tapşırıqları ilə yüklənib. Bizim erkən təhsilimizdə beynəlxalq təcrübədən fərqli olaraq oyun əsaslı motivlər, oyun əsası məntiqlər yoxdur. 6 yaşlı uşağın psixologiyasına, zehninə yönəlik tapşırıqlar yoxdur. Akademik yanaşamalardır və bu uşağı yorur. Heç olmasa, belə olan təqdirdə BSQ və KSQ -ləri aradan qaldırmalıyıq. BSQ və KSQ 1 nömrəli psixoloji təzyiqlərdən biridir. Başa düşürəm nəyisə dəyişdirmir. BSQ və KSQ- dən zəif nəticə alanlar belə təhsil  həyatlarında loyal şəkildə hüquqi olaraq nəyisə itirmirlər. Amma bunun psixoloji tərəfləri də var axı. Bu gün KSQ və BSQ ilə yüklənən, stresslə üzləşən nəticədə zəif nəticə alan şagird öz həçmyaşıdları arasında aşağı sıralarda olduğunu görəndə, bunun fərqinə varanda bu şagirdə çox kömək edəcək? Mən deyirəm yox”.

Ekspert qeyd edir ki, rəqabətlilik nisbətən insanın daha olqun şəklində önəmlidir, uşaq yaşlarında yox:

“Biz bu gün guya sağlam rəqabətə cəlb etmək üçün 3-cü sinifdə oxuyan 9 yaşlı uşağı, 1-ci sinifdə oxuyan 6 yaşlı uşağı rəqabətlilik mühitinə gətirməklə, onda zehni ifliclik problemi yarada bilərik. Bunlar aradan qaldırılmalıdır. Ya  kökündən dəyişilməlidir- beynəlxalq təcrübələrdə müəyyən bir örnək nümunələrdən istifadə olunmalıdır, ya da istəmirik, bunu aradan qaldırmalıyıq. Onsuz da gez-tez ikisindən biri olacaqdır”.

Günel Həsənova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 İyul 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri