Elmlər Akademiyası metrostansiyası ilə Bayıl parkı istiqamətində hərəkət edən avtobuslar yenilənir
Icma.az, Baku.ws saytına istinadən bildirir.
"Elmlər Akademiyası" metrostansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan, həmçinin daha müasir avtobuslar fəaliyyət göstərəcək.
Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn "Transkontrol" MMC avtobuslarla xəttin istismarını noyabrın 1-dən həyata keçirəcək. Marşrut üzrə ümumilikdə 10 avtobus 10-11 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.
Bu mövzuda digər xəbərlər:“Elmlər Akademiyası”ndan Bayıl parkına rahat gedə biləcəksiniz
31 Oktyabr 2025 15:21
Dünyada Elmlər Akademiyaları və Azərbaycan Milli Elmlər Akademiyası
31 Oktyabr 2025 15:10
Marsda həyat var Rusiya Elmlər Akademiyası
16 İyul 2025 16:28
Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı
16 Aprel 2025 12:11
Baxış sayı:65
Bu xəbər 31 Oktyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















