Icma.az
close
up
RU
Elmlər doktoru AzTV nin sədri olmaq istədi, 125 min ziyana düşdü

Elmlər doktoru AzTV nin sədri olmaq istədi, 125 min ziyana düşdü

Icma.az bildirir, Azpost portalına istinadən.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Aynurə Babayeva AZƏRTAC – Azərbaycan Dövlət Teleqraf Agentliyinin, ya da AzTV-nin rəhbəri olmaq istəyib. Dediyinə görə, bundan ötrüMəlahət Əsgərova adlı şəxsə 125 min manat pul da verib.

AzPost bildirir ki, indi həmin şəxs artıq bir il olar dələduzluq ittihamıyla həbsdədir. M.Əsgərova xeyli adamdan işə düzəltmək adıyla pul alıb, onları aldatmaqda suçlanır. A.Babayeva o adamlardan, sadəcə, biridir.

İttihama görə, M.Əsgərova bir başqa zərərçəkəndən oğlunu Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) işə düzəltmək adıyla 50 min manat alıb.

A.Babayevaya gəlincə, bu elmlər doktoru AZƏRTAC və ya AzTV rəhbəri olmaqdan ötrü pul verməsinin səbəbini izah edərkən deyib ki, vəzifə təklifi qarşı tərəfdən gəlib. Hətta öncə təklifə “yox” cavabı verdiyini iddia edir. Amma, ancaq, lakin… M.Əsgərova onu hədələdiyindən onunla razılaşmağa məcbur qalıb.

“Verdiyim pulları banklardan kredit götürmüşəm”

A.Babayeva əlavə edib ki, AzTV və ya AZƏRTAC-a rəhbər təyin olunmağın qiymətinin 150 min manat olduğu deyilsə də, o, 20 min, 30 min, 26 min, 17 min və s. olmaqla, bir neçə dəfəyə, toplam 125 min manat pul verib. Pulun bir bölümü də Prezident Administrasiyasının yanında alınıb: “Məndən pulu alanda Məlahət Əsgərovanın yanında Hafiz adlı bir nəfər olurdu. Deyirdi ki, sürücüsüdür. O da ona “xanım” deyirdi. Bütün bunlar məni inandırdı. Sonralar başa düşdüm ki, məni aldadır. Verdiyim pulları banklardan kredit götürmüşəm, hələ də ödəyirəm”.

M.Əsgərova özünü təqsirli bilsə də, A.Babayevaya hədə-qorxu gəlməsi haqda qarşı tərəfin dediklərinin doğru olmadığını söyləyir. Onun sözlərinə görə, əksinə, elmlər doktorunun özü yaxşı işə düzəlmək istədiyini deyib, bu məsələdə kömək istəyib, verməyə pulu olduğunu deyib: “Bundan bir neçə gün sonra metronun “İçərişəhər” stansiyasının yanında onunla görüşdük. Dedi ki, AZƏRTAC-a sədr vəzifəsinə işə düzəlmək istəyir. Mən də dedim ki, tanışım bu məsələni həll edə bilər”.

M.Əsgərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə təqsirli bilinib, ona 7 il həbs cəzası kəsilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 Fevral 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri