Icma.az
close
up
RU
Elmlər doktoru Milli Oftalmologiya Mərkəzinin həkimindən şikayətçidir “QİSAS ALMAQ ÜÇÜN GÖZLƏRİMİ ŞİKƏST ETDİ”

Elmlər doktoru Milli Oftalmologiya Mərkəzinin həkimindən şikayətçidir “QİSAS ALMAQ ÜÇÜN GÖZLƏRİMİ ŞİKƏST ETDİ”

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimiƏliyeva Tərlan Aydın qızıilə bağlı “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adının çəkilməsini istəməyən xanım elmlər doktoru iddia edir ki, Tərlan Əliyeva hər iki gözünü şikəst edib.

Şikayətçi bildirir ki, 2022-ci ildə şəkər xəstəliyi ilə əlaqədar gözlərinin müayinə və müalicə olunması üçün Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, məlum müraciəti əsasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yönləndirilib. “Əsl faciə də məhz o zamandan başladı”, - deyən xanımın sözlərinə görə, həkim Tərlan Əliyeva onu qəbul edərək bildirib:

“Bizim müəssisə TƏBİB-in tabeçiliyində deyil və burada sığorta yoxdur. Amma sol gözünüzdə katarakta var, onun üçün 800 manat, sol göz dibinizin əməliyyatı üçün isə 2500 manat ödəməli olacaqsınız. Bundan əlavə, İran istehsalı linzanın qiyməti 1 000 manat, Amerika istehsalı linza isə 2500 manatdır. Sizi qane edirsə, əməliyyat üçün vaxt seçək”.

Şikayətçi deyir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətindən sonra Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərildiyini qarşı tərəfind diqqətinə çatdırdıqda, o, çox sərt reaksiya verib: “Mən deyəndə ki, Mehriban xanımın xətti ilə gəlmişəm, Tərlan həkim "bizdə belə bir göndəriş yoxdur, gedə bilərsiniz", - dedi”.

Bundan sonra o, Milli Oftalmologiya Mərkəzinin digər korpusunda yerləşən dəftərxanaya müraciət edərək, Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənovun imzası ilə 2022-ci ilin aprel ayında daxil olan göndəriş məktubunu taparaq, həkim Tərlan Əliyevaya təqdim edib. “Görünür, tələb etdiyim vəsaiti ödəmədiyim üçün həkim “qisasını” gözlərimdən alaraq, sol gözümü şikəst, sağ gözümü isə tamamilə kor etdi”, - deyən elmlər doktoru bildirir ki, bundan sonra mediaya müraciət etmək məcburiyyətində qalıb:

““Kanal 24”-ün əməkdaşlarının müdaxiləsi nəticəsində baş həkim Aygün Məmmədbəyli çoxsaylı həkimlərdən ibarət konsilium (təşxis qoymaq və müalicə üsullarını müzakirə etmək üçün toplanan həkimlərin məsləhət şurası – red.) təşkil etdi. Konsilium üzvlərinin hər biri ayrı-ayrılıqda gözlərimi müayinə edərək, yekdilliklə "uğursuz əməliyyatın fəsadlarıdır" qənaətinə gəldilər. Buna baxmayaraq, baş həkim Aygün Məmmədbəyli Tərlan Əliyevanın etdiyi, cinayətə bərabər əməliyyatın üstünü ört-basdır etmək üçün 2 ildir konsiliumun rəyini gizlədir. Hətta xəstəlik tarixçəsi (anket) xəstəxanadan "yoxa"çıxıb. Dəfələrlə baş həkimə müraciət etsəm də, konsiliumun cavabını, rəsmi rəyi ala bilmirəm”.

Şikayətçi onu da iddia edir ki, Milli Oftalmologiya Mərkəzinin Şəkərli diabetin göz fəsadları və tor qişanın patologiyası şöbəsinin baş həkimi Aygün Məmmədbəyli və həkim Tərlan Əliyeva birləşib xəstələri soyurlar:

“Aygün Məmmədbəyli xəstəxanada bütün aparatlardan keçmək, bütün posedurlar, bütün  əməliyyatlar üçün “taksa” qoyub, tibbi xidmətin növündən, dərəcəsindən asıll olaraq, 20 manatdan 3-4 min manatadək pul tələb olunur. Zərifə Əliyeva kimi görkəmli şəxsiyyətin, böyük alimin, Ulu Öndər Heydər Əliyevin sevimli, unudulmaz ömür-gün yoldaşının, Azərbaycana 44 günlük Vətən müharibəsinin Müzəffər sərkərdəsi, cənab Prezident İlham Əliyev kimi dünya liderləri arasında xüsusi çəkisi, nüfuzlu yeri olan bir oğul bəxş edən ananın adını daşıyan göz xəstəlikləri institundakı biabırçıllq, rüşvətxorluq, qanunların kobud şəkildə pozulması Zərifə xanımın müqəddəs ruhuna xəyanətdir”.

Məsələ ilə bağlı Milli Oftalmologiya Mərkəzinin Şəkərli diabetin göz fəsadları və tor qişanın patologiyası şöbəsinin həkimi Tərlan Əliyeva ilə əlaqə saxlmağa çalışdıq. Tərlan xanım suallarımızı cavabsız qoydu.

Xəstəxananın Milli Oftalmologiya Mərkəzinin Şəkərli diabetin göz fəsadları və tor qişanın patologiyasının baş həkimi Aygün Məmmədbəyli isə bildirdi ki, şikayətçinin narazılıqlarından xəbəri var: “Yaxın günlərdə xanım burada olub, müayinədən keçib. Bir gözü zəifdir, o bri gözünün eynəklə 70% görməsi var. Ancaq eynək taxmaqdan imtina edir. Yenə də xanımı dəvət edirik ki, gəlib institutun baş orqanı olan konsiliumdan keçsin və əməkdaşlar bir daha ona nə lazımdırsa, hər şeyi izah etsinlər”.

Aygün Məmmədbəyli sonda əməkdaşımıza daha ətraflı məlumat üçün rəsmi qaydada məktub göndərməli olduğumuzu bildirdi.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Aidiyyəti qurumların mövqeyini dərc etməyə çalışacağıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri