Elnarə Xəlilova efirlərlə ŞƏRT kəsdi: “Qeybət olunmamalı, aparıcı özünü, sonra isə verilişi aparmağı bacarmalıdır”
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
“El yaradıcılıq mərkəzinin üzvləri ilə birgə sözləri Tural Nəqşicahan, musiqisi mənə aid “Həmrəylik” mahnımız işıq üzü gördü. Mərkəzin üzvləri bu layihənin ərsəyə gəlməsi üçün mənə yaxından kömək etdilər. İdeya məndən gəldi. Düşündüm ki, həmrəylik gününə aid mahnımız yoxdur və belə bir mahnı ortalığa çıxartmaq lazımdır.
Mən yutubda araşdırdım. Ola bilsin ki, əsərlər var, yazılı notlar var. Onlar notda da qalıb, üzə çıxmayıb. Yutubda 1-2 marş çıxdı qarşıma. O janr olaraq pop deyil. Bizim bu mahnımız ilk pop kompozisiyadır. Həmrəylik tək mənim ifamla meydana gələn bir şey deyil. Mən yetərsiz qalıram, yanımda çoxluq, miqyas olmalıdır. Odur ki, məndən başqa 12 nəfər mərkəzin üzvü bu işdə mənə yaxından kömək oldu”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elnarə Xəlilova deyib. O daha sonra efirlərə çox az çıxmasının səbəblərindən danışıb:

“Özümə yaraşan efirlərə çıxıram. Onların da sayı azdır. Çox dəvət edirlər. Öncə aparıcı özünü, sonra verilişi aparmağı bacarmalıdır. Mənim dəvət aldığım verilişlər əyləncəli olması ilə yanaşı, həm də maarifləndirici olmalıdır. Verilişdə qeybət edilməməlidir” deyə müğənni bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 28 Dekabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















