Icma.az
close
up
RU
Elnur Bağırov: İqtisadi subyektlər üçün əlverişli biznes şəraitinin yaradılması prinsiplərini rəhbər tuturuq

Elnur Bağırov: İqtisadi subyektlər üçün əlverişli biznes şəraitinin yaradılması prinsiplərini rəhbər tuturuq

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Rəqabətdən söz açdıqda, əlbəttə ki, rəqabətlə birbaşa əlaqəli olan dövlət satınalmaları, keyfiyyət infrastrukturu, istehlakçı hüquqlarından da bəhs etməmək mümkün deyil". 

Ölkə.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli Rəqabət Forumunda çıxışı zamanı deyib. 

"Bu istiqamətlər üzrə fəaliyyəti təşkil edərkən dövlət büdcə vəsaitlərindən səmərəli istifadə, təchizatçıların dövlət satınalmalarına əlçatanlığı və iştirakçılığının artırılması, məhsul və xidmətlərə dair təhlükəsizlik tələblərinin dəqiq konturlarının müəyyən edilməsi, keyfiyyət infrastrukturunun inkişafının stimullaşdırılması, bir sözlə, iqtisadi subyektlər üçün əlverişli biznes şəraitinin yaradılması və istehlakçıların mənafelərinin qorunması prinsiplərini rəhbər tuturuq.

Sözügedən prinsiplər əsasında Agentliyin qarşıdakı dövr üçün strateji hədəfləri və inkişaf perspektivlərini bu şəkildə müəyyənləşdirmək olar:

Bazar subyektlərinin rəqabət tənzimləmələri haqqında məlumatlı olması və rəqabət qanunvericiliyinə uyğunluğun təmin edilməsi üçün mütəmadi maarifləndirmə işinin aparılması – Bu həm də pozuntu hallarının könüllü aradan qaldırılması üçün güclü motiv olacaqdır;

Dövlət satınalmalarında çoxiştirakçılığın təmin edilməsi yolu ilə biznes subyektlərinin gəlirliliyinin artırılması və iqtisadi diversifikasiyanın həyata keçirilməsi - Bu çərçivədə rəqabət orqanının əsas hədəflərindən biri də satınalmalarda rəqabət mühitinin təmin edilməsi yolu ilə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, sənayeləşmə səviyyəsinin yüksəldilməsi, yerli istehsalın təşviqi, kiçik və orta bizneslərin dəstəklənməsidir.
İqtisadi təmərküzləşmələrin əsas iqtisadi artım drayverlərindən birinə çevrilməsinin təmin olunması - İqtisadi təmərküzləşmələr bir sıra hallarda kiçik biznes subyektləri, startaplar və bazara çıxışı məhdud olan təsərrüfat subyektləri üçün əsas investisiya mənbəyi olur. Bu çərçivədə rəqabət orqanının əsas tənzimləmə hədəfi təmərküzləşmələrin effektivliyinin artırılması və iqtisadi artımı dəstəkləyən təmərküzləşmələrə razılığın verilməsindən ibarətdir.

Təbii inhisar subyektlərinin hərəkətləri üzərində dövlət nəzarət tədbirlərinin həyata keçirilməsi, onların fəaliyyətinin qabaqlayıcı (ex-ante) tədbirlər çərçivəsində tənzimlənməsi - Burada əsas hədəflərdən biri təbii inhisar subyektlərinin xidmətlərinə əlçatanlığın təmin edilməsi, istehlakçı hüquqlarının qorunması və dinamik tənzimləmə mühitinin formalaşdırılmasıdır",- deyə o əlavə edib.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri