Icma.az
close
up
RU
Elnur Soltanov: Azərbaycan iqlim şəffaflığı məsələsində liderlik edir

Elnur Soltanov: Azərbaycan iqlim şəffaflığı məsələsində liderlik edir

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün COP29 çərçivəsində “İqlim fəaliyyətinin izlənməsi üçün milli şəffaflıq sistemləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov bildirib ki, Azərbaycan dünya ölkələrini iqlim şəffaflığının təminatına çağırır və özü bu məsələdə öncül mövqedə dayanır.

"Bu tədbirdə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin COP29 çərçivəsində hazırlayıb təqdim etdiyi "Milli MRB Sistemi" təqdim olunur. COP29 Prezidentliyi prosesi başlayandan sonra bütün tərəflərlə aparılan müzakirələr tərəflər arasında etibarlılıq məsələsinin olduğunu göstərdi. Bu məsələ isə iqlim maliyyəsinin yetərli ölçüdə təmin olunmasını əngəlləyir. Buna görə də əvvəldən Azərbaycan bu məsələnin önəmli olduğunu vurğulayıb. Azərbaycan bu sahədə şəffaflıq sənədlərinin hazırlanmasına yönələn təşəbbüs başlayıb. Bugünkü tədbir onu göstərir ki, Azərbaycan iqlim şəffaflığı məsələsində liderlik edir", - o deyib.

Türkiyənin ətraf mühit, urbanizasiya və iqlim dəyişikliyi naziri Fatma Varank bildirib ki, ölkəsi özünün iqlim şəffaflığı proqramını COP29-un ikinci günündə açıqlayıb:

"Ölkələrin iqlim dəyişikliyi üzrə şəffaflıq hesabatlarını olduğu kimi açıqlaması bu sahədə effektiv tədbirlərin həyata keçirilməsinə istiqamətlənən çox önəmli bir aspektdir. Türkiyə sənayenin bir çox sektorunda illik iqlim şəffaflığı hesabatları apararaq, müvafiq dövrün sonunda ictimailəşdirir. Eyni zamanda nəqliyyat sektorunda da ölkənin Nəqliyyat Nazirliyi ilə birlikdə hava yollarının emissiya hesabatları da yekun sənədə daxil edilir. Bu sahədə daha dəqiq göstəricilərin əldə edilməsi üçün xüsusi laboratoriya yaradılıb. Ən böyük layihələrimizdən biri 2100-cü ilədək ölkəmizin bütün şəhərlərində iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlıdır. İnkişaf etməkdə olan ölkələrin özlərinin iqlim şəffaflığı hesabatlarını verməsi üçün onlara texnoloji cəhətdən dəstək göstərilməlidir. İqlim şəffaflığı məsələsinin effektiv icrası üçün ölkələrin maliyyə dəstəyinə ehtiyacı var. Hesab edirəm ki, bu məqsədlə COP29-un əsas hədəfinə nail olması çox önəmlidir".

Tədbir sual-cavab sessiyası ilə davam edib.

APA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 Noyabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see190

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see168

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see123

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see123

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see119

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see117

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see115

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see115

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see114

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see113

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see112

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see112

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see111

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see111

Tramp Maskla danışmaqdan imtina edib...

06 İyun 2025 18:15see111

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri