Icma.az
close
up
RU
Elşən Əkbərzadə: “ Atam dünyasını dəyişəndən sonra kimi itirdiyimi anladım” MÜSAHİBƏ

Elşən Əkbərzadə: “ Atam dünyasını dəyişəndən sonra kimi itirdiyimi anladım” MÜSAHİBƏ

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Onun şeirlərinin əsas mövzularından biri Qarabağ idi. 1990-cı illərin əvvəlində baş verən Qarabağ hadisələri Şahmar Əkbərzadənin səhhətinə ciddi təsir edir. Ürəyi Qarabağla döyünən şair Qarabağın işğalı ilə barışa bilmirdi.  Onun şeirlərindəki həsrət oxucunun gözündən yayınmırdı. Şəxsiyyəti  və poeziyası ilə  ürəklərdə yaşayan Şahmar Əkbərzadəni oğlu  Elşən Əkbərzadə ilə xatırladıq.
 

-Atanızı necə  xatırlayırsınız?
 

- Çox diqqətcil, qayğıkeş insan idi. Yay tətilində kəndə gedirdik. Atam ezamiyyətdə olan kimi yanımıza gəlirdi.  Kəndə gedən kimi qohumlara baş çəkirdi. Tək ailəsinə, övladlarına yox, qohum-əqrəbaya da can yandırırdı.
Sonra Şuşaya, Laçına  gedirdik. Həmişə atamı  xoş xatırlayıram.
 

- Onunla birlikdə istirahətə getdiyiniz vaxtlarda hansı unutmadığınız hadisə olub?
 

-Çox körpə idim. 70-ci illərin ortaları idi. Laçının İmanlar kəndindən Qaragölə getdik. Atam gəncliyində həm çox gözəl voleybol oynayırdı, həm də yaxşı üzməyi bacarırdı. O, Qaragöldə  üzməyə getdi. Kölgə kimi xatırlayıram, arxasınca qışqırdım: ata, qayıt, ata qayıt! O da qayıdıb gəldi.
Az bir zaman keçdi ki, mənim halım çox pisləşdi. Artıq heç nə xatırlamırdım. Təxminən 5-6 yaşım olardı.  Mənə görə istirahətlərini yarımçıq saxlayıb, şəhərə qayıtmışdılar.
 

-Şahmar müəllimi hər kəs şair kimi yüksək dəyərləndirir, bəs ata kimi necə ata idi?
 

- Ailədə dörd övladıq. Həmişə bizimlə maraqlanardı. İşdən tez gələndə  xüsusilə təhsilimizlə maraqlanırdı. Maraqlı xasiyyəti vardı. Məsələn, qəlbini oxşayan bir şeir olanda  onu əzbərləməyi tapşırardı. Deyirdi ki,  bu şeiri kim gözəl əzbərləyib mənə desə, ona nə istəsə alacam.
Yadımdadır, 80-ci illərin əvvəli idi. Bir gün  gəlib dedi ki, Məmməd Arazgildən   gəlirəm.  Məmməd əminiz çox qeyri-adi, gözəl şeir yazıb:
 

“Dünya sənin, dünya mənim, dünya heç kimin”
 

 Həmin şeiri ilk əzbər bilən mən olmuşam. Şeir çap olunmamış atam onu kağıza köçürüb gətirmişdi.  O şeiri gözəl əzbərlədiyim üçün atam mənə mükafat olaraq sevdiyim idman ayaqqabısını almışdı.
 

-Onu tanıyan hər kəs  deyir ki, çox maraqlı müraciət tərzi vardı: ay nənə, ay dədə….
 

-Məncə, burda daha çox ləhcə rol oynayırdı. Deyərdim ki, ədəbiyyatımızda  maraqlı ifadələrin bir çoxu Qarabağ bölgəsinə aiddir. Bildiyiniz kimi, atam da qarabağlı idi. Əlbəttə, onun nitqində bu sözlərin olması normal idi. Bu ifadələr atam üçün doğmalaşmış sözlər idi.  Atam el- obasına çox bağlı idi. Özündən yaşca böyük insanlarla ünsiyyət qurmağı sevirdi.
Atam 60-cı illərin əvvəlində Çəmənli kəndində müəllim işləyib. Bakıda ali təhsilini başa vurandan sonra yenidən kəndə qayıdıb və orda iki il müəllim işləyib. Sonra yenə Bakıya qayıdıb.
 

-Bu “get-gəl”lər arasında Bakı- Ağdam yolunda yəqin ki, çox şeirlər yazılıb…
 

-Atamın Qarabağla bağlı çox şeirləri var. Yəqin ki, o illərdə də vətən haqqında gözəl şeirlər yazıb. Ancaq  onun ən təsirli şeirlərindən biri  dünyasın dəyişəndən sonra əlyazmalarının içindən tapdğımız sinə daşına yazdırdığımız şeiridir:
Ölümümə inanma,
Ey məni ağlayan kəs.
Mənim ulu dünyama,
Ölüm üzükə bilməz.

 

Arzumu, diləyimi
Diləklərdə axtarın.
Məni məzarda deyil,
Ürəklərdə axtarın.

-Məşhur şeirlərindən biri də “48 ölçülü qadın paltarı” şeiridir…
 

- O şeirin çox qəribə tarixçəsi var. 1975-ci ilin aprel ayında nənəm (atamın anası) dünyasın dəyişib. Təxminən 4-5 aydan sonra atam Gəncədə ezamiyyətdə olur. Gəncə Univermağının qarşısından keçəndə gözü vitrindəki bir dona sataşır. Mənim bildiyim qədəri ilə bu şeiri elə həmin gün Gəncədə mehmanxanada yazır.
 

-Şahmar müəllim heç kəsin yolun kəsməyib, əksinə çox insanların yoluna işıq olub. Bəs onun ədəbiyyatda yolunu kəsənlər olub?
 

-Bütün sahələrdə olduğu kimi poeziyada da belə şeylər var.  Yazıçının yazıçıya, şairin şairə olan paxıllığı qaçılmazdır. 1998-ci ildə Türkiyədən atamın adına gələn dəvətnaməni ona verməmişdilər. Həmin tədbirə iki adam dəvətli idi. Atam və digər bir yazıçı. Hadisələr elə cərəyan edir ki, həmin yazıçı o tədbirə gedir, atam isə dəvətdən xəbərsiz olduğu üçün iştirak edə bilmir.
 

2000-cü ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi keçirilir. Atam da həmin tədbirdə iştirak edir. Türkiyənin məşhur ziyalılarından biri ona yaxınlaşıb Türkiyədəki tədbirə , niyə gəlmədiyini soruşur. Atam da həmin tədbirdən xəbərsiz olduğunu söyləyib. Həm də dəvətli olmadığını deyib. O isə  atamın adına Yazıçılar İttifaqına dəvətnamə gönədriyini söyləyib. Sonra məlum olur ki, həmin xalq yazıçısı dəvətnaməni atamdan gizlədib, tədbirə tək gedir.
 

Atamın çox yaxşı dostları da olub. Atamı çox sevən insanlardan biri də İlyas İsmayılov idi. Atamın şeilərinin, şəxsiyyətinin vurğunu idi. Bir dəfə iş otağında mənə dedi ki, sənin atan çox qüdrətli şairdir. Çox az yazıb, amma tutarlı şeirləri o qədərdir ki, Azərbaycan yaşadıqca Şahmar Əkbərzadə yaşayacaq. Deyirdi ki,  yerlilərimdən bir- iki nəfər mənə deyib ki, axı bu Şahmarda nə görmüsən?  Bizi kənara qoyub, niyə onu oxuyursan?  Əlbəttə, İlyas müəllim onların layiqli cavabını vermişdi.
 

-Ona paxıllıq edənlərə reaksiyası nə olurdu?
 

-Atam çox nadir hallarda hirslənərdi. Onda da çox möhkəm hirslənərdi. Daha çox ürəyinə salırdı.  1988-ci il mitinqləri olanda atam infarkt keçirtdi. Xocalı faicəsi baş verəndə  bu dəhşətə ürəyi dözmədi, ikinci dəfə infarkt keçirtdi.
 

- Deyirsiniz ki, atam dünyasını dəyişəndən sonra kimi itirdiyimi anladım...
 

-Hə... Yeri görünür... Burnumun ucu göynəyir...  Ailədə ən nadinc uşaq mən olmuşam. Həmişə atamı incitmişəm. Bir gün atamla dərdləşirdim. Dedi ki, məni çox inicidrsən. İncitmə məni. Bir gün mən olmayanda bu hərəkətlərin yadına düşüəcək, ondan çox yanacaqsan. Atamın bu sözlərin heç unuda bilmirəm.
Hər hansı bir el məclislərində qeyri-adi jestləri olurdu.
 

Nurəddin Rzayev Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi işlədiyi dövrdə onun Rusiyadan 4-5 həkim qonağı olur. Nurəddin müəllim bağda həmin xanımlara  qonaqlıq təşkil edir. Atamı da həmin məclisə dəvət edir.  Xanımların atama baxmağı, ona qarşı diqqəti Nurəddin müəllimin gözündən yayınmır. Atam həmin xanımlara çox gözəl şeirlə oxuyur. Onun nitqi, savadı xanımları valeh edir. Ancaq eyni zamanda atam xanımların ona olan marağına qətiyyən əhəmiyyət vermir.  Sözsüz ki, bu, atamın yüksək ədəbli olmağından irəli gəlirdi.
 

-Şahmar müəllim qısqanc insan idi?
 

-Atam anamı sevib, ailə qurublar. Bəlkə də anamı qısqanıb, amma bunu biz hiss etməmişik. Anam təhsilli xanımdır, işləyirdi. Atam bununla bağlı ona heç bir məhdudiyyət qoymurdu.
 

- Şahmar Əkbərzadənin xatirəsini əbədiləşdirmək üçün hansı arzularınız var?
 

- Ağdamda  Şahmar  Əkbərzadə adına küçə olacaq. Bir də Şahmar Əkbərzadə adına muzey nəzərdə tutulub. İlk olaraq düşünürdük ki, Çəmənlidəki evimizi muzey edək. İkinci Qarabağ savaşında qələbə qazandıq. Bu qələbədən sonra düşündük ki, elə muzey də şairin adını daşıyan küçədə yerləşsin.
Əntiqə Kərimzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri