ŞAHMAR ƏKBƏRZADƏ: YİYƏSİNİ YIXAN ATLAR
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Toyuq-cücə kişləyirlər,
Ayğır kimi kişnəyirlər.
Baş ilxıçı işlədirlər
Yiyəsini yıxan atlar!
Ölmüş atdan nal sökürlər,
Ev yıxıb tövlə tikirlər.
Qaş düzəldib göz tökürlər,
Yiyəsini yıxan atlar!
Qara kişmişdən doymurlar,
Tər yoncanı ot saymırlar.
Qıratı heç at saymırlar,
Yiyəsini yıxan atlar!
Gah sağa, gah sola çapır,
Göydən alır, göydə çarpır.
Yiyəsini minib çapır,
Yiyəsini yıxan atlar!
Şərləməyi xoşlayırlar,
Fağırları xışlayırlar.
Ayğır kimi kişnəyirlər,
Yiyəsini yıxan atlar!
Köhlənlər kralı olub,
İgidlik misalı olub
Sədaqət timsalı olub
Yiyəsini yıxan atlar.
19 fevral 2000-ci il
Bu mövzuda digər xəbərlər:Şahmar Əkbərzadə adına Beynəlxalq mükafatın laureatları məlum oldu
16 Mart 2026 17:30
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?
28 Dekabr 2025 13:31
Şahmar Əkbərzadənin ŞEİRLƏRİ
28 Dekabr 2024 11:06
Mal qaramın yiyəsini söydü, heyvanları vurmağa başladı Məhkəmə
01 May 2026 21:17
Baxış sayı:122
Bu xəbər 09 Oktyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















