Icma.az
close
up
RU
Əlvida 2025, salam 2026...

Əlvida 2025, salam 2026...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci illə sağollaşdıq. Bir daha həyatımızda 2025 adlı bir il olmayacaq. Bu adın özü tarixdən getdi, amma yaşatdıqları tarxi boyu silinməyəcək.

İnsan hər dövrdə elə bilir ki, ən qəribə zamana gəlib çıxıb. 2025-də də belə oldu. Elə zənn etdik ki, guya əvvəl hər şey daha sadə, daha dürüst, daha insani olub.

İnsan zamanla ayaqlaşa bilmədiyini görəndə cığallaşır.

Addımları hərdən gecikir, bəzən də zamandan qabağa qaçır, amma yenə uyğunlaşa bilmir.

Çünki zaman inadkardır və heç kəsi gözləmir.

Onda insan başlayır yeniliyi kötəkləməyə…

Dəyişəni danlayır, təzəni qınayır.

Köhnəni isə müqəddəsləşdirir. Gücü başqa nəyə çatasıdı ki…

Halbuki özü də bilir ki, müqəddəsləşdirdiyi köhnə də bir vaxtlar yeniydi.

İnsan yaddaşı çox qəribədir, istədiyini daş kimi yaddaşda saxlayır, istəmədiyini külə çevirir.

Əlvida 2025.

Sanki heç yox imişsən…

Geri baxanda hər birimizin içindən eyni sual keçir, 2025 mənim həyatımda nə ilə yadda  qaldı?

Cavablar fərqlidir.

Kimsə üçün sevinc oldu, kimsə üçün itki. Amma insan fərqində deyil ki, sevinc də, itki də hamı üçün var…

Sağ ol, 2025.

Sən Azərbaycan üçün sülhün başlanğıcı oldun.

Müharibə bitdi.

Oğullar artıq müharibəyə yox, əsgərliyə gedirlər.

Bu, tarixi baxımdan bir nəsilin xoşbəxliyidir, böyük anlamda bir dövlətin bacarığıdır.

Bəs, il nədir?

Doğrudanmı zaman ölçüsüdür?

Yoxsa sadəcə bir addır?

Axı bizim də adımız var.

Bizə ad qoymasaydılar, dünya dağılacaqdımı?

Bəlkə il insanın rahatlığı üçündür.

Bəlkə zamanı bölmək üçün uydurulan bir anlayışdır.

Bilmirik.

Bildiyimiz tək şey var, zaman axır, dayanmır.

İl isə bu axında bir işarədir.

Təsəvvür edin, bu ölçü yoxdur.

Nə 2025 var, nə 2026.

Sadəcə anlar var.

Dünən var, bu gün var, sabah var.

Dünən xatirə, bu gün reallıq, sabah isə ümiddir.

İnsan bu üçlükdə yaşayır, bu üçlükdə də ölür.

Dünən 2025 idi, bu gün 2026-dır.

Ad dəyişib, başqa nə təzələnib ki…

Zaman nəsillərlə danışır, biri gedir, digəri gəlir. Hekayə isə davam edir.

Ata dünəni danışır, sən bu günü yaşayırsan, övlad sabaha inanır.

2025-ə əlvida nə deməkdir?

Yaşananlarla üzləşmək, keçən anları qəbul etmək?

2026-ya salam?

Məndən soruşsanız belə cavab verərdim, hər yeni il ümidə açılan qapıdır.

Səhvlərlə barışmaqdır, yenidən cəhd etməkdir.

İnamı itirməmək, yaşamağa davam etməkdir.

Suallar qarşımızda ordu-ordu düzülüb. Cavablar isə hər kəsin içindədir.

Hər nə isə…

Əlvida 2025.

Sən getdin, biz qaldıq.

İnsan arzularının xəritəsi ilə xəyal qurur, amma gerçəkliyin içində yaşayır.

Bu dünyada bir həqiqət də var, özünü bazarlaya bilənlər görünür.

Bacarmayanlar isə zamanın bir küncündə görünməz qalır.

Yüz bacarığın, min təhsilin, milyon etibarın, milyard dürüstlüyün olsa belə, özünü göstərə bilmirsənsə, səni görməyəcəklər.

2026-da hər birinizi görmək bizim qismətimiz, özünüzü bazarlamaq isə sizin nəsibiniz olsun.

Unutmayın, üzdə olanlar insan bazarında bacaranlardır.

Və…

Salam 2026.

Sənə xoş gəldik.

Hərə bir cür gəldi...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:275
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Yanvar 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri