Elvin Bədəlov: “Mahir Emreli də qol vura bilmirsə...
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Üzgünük. Artıq bütün komandalar futbol oynaya bilir". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov deyib.
31 yaşlı müdafiəçi Bakıda Lixtenşteynlə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu barədə danışıb:
"Məyusuq. Qələbə qazanmaq istəyirdik. Şanslarımız oldu, amma qol vura bilmədik. Eyni sözləri deyəcəyik. Siz də hər şeyi gördünüz".
Bədəlov qol imkanlarından yararlana bilməmələrinə də toxunub:
"Ən usta futbolçumuz Mahir Emreli qol vura bilmirsə və alınmırsa, deməli, qələbə qazana bilməyəcəyik. Hər şeyi Mahirdən də gözləyə bilmərik. Başqa oyunçular da var".
Milli üzvü ardıcıl uğursuz nəticələrin komanda yoldaşlarına da təsir etdiyini bildirib:
"Toparlanacağıq, futbolçularla birlikdə danışacağıq. Özümüz bu vəziyyətə düşmüşük. Bu durumdan çıxacağıq".
Müdafiəçi nəticəyə görə azarkeşlərdən üzr istəyib:
"Danışılası çox şey yoxdur. Rəqibin sevinməyini gördüm. Uşaqlara dedim ki, meydandan çıxsınlar. Mənə də xoş olmadı. Biz də hansısa güclü rəqiblərə qarşı xal qazananda sevinirik".
Bədəlov Azərbaycan millisinin D Liqasına layiq olmadığını vurğulayıb:
"İnanıram ki, növbəti iki görüşdə bunu göstərəcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 02 Oktyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















