Elvin Cəfərquliyev üçün Qarabağ a təklif göndərən oldumu? SON DURUM
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Daxili intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyevin gələcək aqibəti futbolsevərləri maraqlandıran əsas mövzulardan biridir.
Fanat.Az-ın əldə etdiyi son məlumata görə, bugünədək cinah müdafiəçisi üçün Ağdam təmsilçisinə nəinki Azərbaycan, heç xarici klublar da təklif göndərməyib.
Hərçənd baş məşqçi Elvini və onunla eyni vaxtda cəzalandırılan digər cinah müdafiəçisi Abbas Hüseynovu bağışlayana oxşamır. Bu da var ki, "köhlənlər"in rəhbərliyi Cəfərquliyevin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermək niyyətindən uzaqdır.
Qeyd edək ki, cari mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə 42 matça çıxan Elvin 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, hər iki qola UEFA Çempionlar Liqasında imza atıb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 19 May 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















