Elvin Əlizadə: Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 23 may, AZƏRTAC
Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisinin üzvü Elvin Əlizadə Bakıda təşkil olunan dünya çempionatının A qrupunda Sloveniyaya 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Sloveniya ilə oyuna komanda yüksək motivasiya ilə çıxıb: "Düşünürəm ki, bu gün dəstək sayəsində üç xal qazandıq. Hər şeyi yaxşı şəkildə etdik".
O, qrupun sonuncu oyununda üz-üzə gələcəkləri Mavritaniya millisi barədə də danışıb: "Onlar sürətli və cəld komandadır, lakin taktiki olaraq hazır deyillər. Turnirdə medalçılar sırasında olacağımıza inanırıq".
Komanda növbəti oyununu mayın 25-də Mavritaniya seçməsinə qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 May 2025 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















