Icma.az
close
up
RU
Elxan Abdullayev: Komandanın seçmə mərhələdəki çıxışından razı qaldım

Elxan Abdullayev: Komandanın seçmə mərhələdəki çıxışından razı qaldım

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının Maltada keçirilən seçmə mərhələ oyunları ilə bağlı fikirlərini bildirib.

AZƏRTAC xəbər verir ki, AFFA-nın rəsmi saytına danışan mütəxəssis 13-cü qrupdakı ilk görüşdə Çexiyaya böyükhesablı məğlubiyyəti (1:6) rəqibin gücü və qırmızı vərəqə ilə əlaqələndirib: “Təəssüf ki, qrupdan çıxa bilmədik. Ancaq bunun da müəyyən səbəbləri var. Üç fərqli oyun keçirdik. Hələ turnirdən əvvəl qrupun favoriti Çexiya yığması hesab olunurdu. Onlar, həqiqətən də yüksək səviyyədə çıxış etdiklərini göstərdilər. İlk matçı çexlərə qarşı keçirdik. Rəqib onsuz da güclü idi. Üstəlik, Hikmət Cəbrayılzadənin 75-ci dəqiqədə qırmızı vərəqə alması işimizi daha da çətinləşdirdi. Azlıqda qaldıqdan sonra 3 qol buraxdıq. Hikmət aparıcı futbolçularımızdan biridir. Onun sonrakı iki görüşü buraxmasının da oyunumuza böyük təsiri oldu”.

E.Abdullayev Şimali İrlandiya (0:1) və Malta (2:1) ilə qarşılaşmaları da dəyərləndirib: “İkinci matçda Şimali İrlandiyaya məğlub olsaq da, onlarla başabaş mübarizə apardıq. Komandamız yaxşı oynadı, qol şansları yaratdı. Təəssüf ki, dəyərləndirə bilmədik. Maltaya qarşı son görüşü futbolçular yaxşı keçirdilər. Rəqib heç də zəif deyildi, üstəlik, öz meydanında oynayırdı. Bizim komandamızda isə yorğunluq var idi. Eyni zamanda ilk iki matçda məğlub olduğumuz üçün futbolçuların motivasiyası aşağı idi. Buna baxmayaraq, hətta hesabda geri düşdüyümüz halda özümüzdə güc tapdıq və qələbə qazandıq”.

O, komandanın ümumi çıxışından razı qaldığını deyib: “Ümumilikdə nəticədən olmasa da, komandanın çıxışından razı qaldım. Çünki futbolçular xarakter göstərdilər. Bu heyətin potensialı var. Sadəcə olaraq, uğurlu nəticə qazanmaq üçün klublarla birlikdə daha çox çalışmaq lazımdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri