Icma.az
close
up
RU
Əlyazmalar İnstitutu və Özbəkistan alimləri ortaq irsi araşdırırlar

Əlyazmalar İnstitutu və Özbəkistan alimləri ortaq irsi araşdırırlar

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 avqust AZƏRTAC

Azərbaycan-Özbəkistan münasibətlərində ortaq tarix, dil, ədəbiyyat və mənəvi dəyərlər xüsusi yer tutur. Bu baxımdan əlyazma irsinin birgə araşdırılması və elmi dövriyyəyə daxil edilməsi iki ölkənin alimləri qarşısında duran əsas vəzifələrdəndir.

Bu fikri AZƏRTAC-a açıqlamasında AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli söyləyib. Direktor bildirib ki, Əlyazmalar İnstitutu ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd Azərbaycan və Özbəkistan alimləri arasında elmi əlaqələrin genişləndirilməsini, birgə tədqiqatların aparılmasını və qarşılıqlı elmi-mədəni layihələrin həyata keçirilməsini nəzərdə tutur. Əlyazmalar İnstitutunun alimləri Özbəkistanda keçirilən beynəlxalq konqres və forumlarda mütəmadi olaraq iştirak edirlər. İnstitut əməkdaşları Səmərqənd və Daşkənd şəhərlərində təşkil olunan beynəlxalq elmi tədbirlərdə Azərbaycan əlyazma fondlarında qorunan Əlişir Nəvai əsərləri, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri, Şərq yazılı irsi və əlyazmaşünaslıq məsələləri ilə bağlı məruzələrlə çıxış ediblər. Səmərqənddə “Böyük əcdadların mirası – Üçüncü intibahın əsasıdır” mövzusunda VIII beynəlxalq konqresdə, Daşkənddə “Böyük keçmişin irsi – işıqlı gələcəyin təməli” adlı beynəlxalq ekspert forumunda Əlyazmalar İnstitutunun əməkdaşları ölkəmizi təmsil ediblər.

Eyni zamanda, Özbəkistanın tanınmış alimləri və elmi müəssisələrinin nümayəndələri Əlyazmalar İnstitutunda olub, burada qorunan yazılı abidələr, aparılan elmi-tədqiqat işləri və institutun yeni nəşrləri ilə tanış olublar. Özbəkistanlı alimlərin iştirakı ilə əlyazmaşünaslıq, mətnşünaslıq, tarix, ədəbiyyat və mədəni irslə bağlı elmi müzakirələr keçirilib. Əlyazmalar İnstitutunun əməkdaşlarının Özbəkistanda keçirilən mədəni-ədəbi tədbirlərdə iştirakı da ikitərəfli əlaqələrin mühüm istiqamətlərindəndir. Nəsiminin 650 illiyi ilə bağlı Daşkənddə təşkil olunmuş “Canımı qıldım fəda” adlı poeziya axşamında institutun nümayəndəsi iştirak edib. Tədbirdə “Nəsimi yaradıcılığı rəsmlərdə, fotolarda, əlyazmalarda” adlı sərgi nümayiş etdirilib. Bununla yanaşı, Azərbaycan və Özbəkistan alimlərinin iştirakı ilə müxtəlif beynəlxalq konfranslarda iki ölkənin ortaq ədəbi-mədəni irsi, Əlişir Nəvai və Azərbaycan klassikləri, Şərq dilləri və mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunub.

Müxbir - Tünzalə Arazlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Öskürəndə başınız ağrıyır: səbəbi nədir, necə yüngülləşdirmək olar?

28 Sentyabr 2026 10:51see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri