Icma.az
close
up
RU
Əmanətlərin Sığortalanması Fondu kompensasiyaları AniPay üzərindən ödəyəcək

Əmanətlərin Sığortalanması Fondu kompensasiyaları AniPay üzərindən ödəyəcək

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmanətlərin Sığortalanması Fondu kompensasiyaların "AniPay" üzərindən ödənilməsini planlaşdırır.

AZXEBER.COM xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, gələcəkdə daha mütərəqqi mexanizmlərə keçid mümkündür və bu istiqamətdə araşdırmalar aparılır: "Artıq elektron ödəniş sistemləri formalaşmaqdadır. Məsələn, "AniPay" platformasına qoşulmağı planlaşdırırıq. Bu halda kompensasiyaların real vaxt rejimində birbaşa vətəndaşların hesabına köçürülməsi mümkün olacaq. Hazırda bu kimi ödəniş sistemləri ilə inteqrasiya məsələləri gündəmdədir. Mövcud rəqəmsallaşma, süni intellekt texnologiyaları və elektron xidmətlər bir çox hallarda qanunvericilik təşəbbüslərini qabaqlayır. Bu isə yeni sistemlərlə inteqrasiya prosesində müəyyən çətinliklər yaradır. Bununla belə, elektron ödəniş sistemləri vasitəsilə kompensasiyaların ödənilməsi istiqamətində işlər davam etdirilir".

A.Əmirov bildirib ki, hazırda "Azərpoçt", "MilliÖN" və digər ödəniş sistemləri vasitəsilə vətəndaşlar FİN kodunu daxil etməklə ödənişlərini həyata keçirə bilirlər: "Bankın ləğvi prosesində isə sistemlərin inteqrasiyası ilə bağlı müəyyən problemlər ortaya çıxır. Bəzi hallarda eyni şəxsə bir neçə hesab identifikasiya kodunun verildiyi aşkarlanır ki, bu da əvvəlki illərdən qalan problemlərlə bağlıdır. Son dövrlərdə belə halların sayı xeyli azalıb. Bununla belə, sistemlərin tam şəffaf vəziyyətə gətirilməsi və ödənişlərin qəbulunun bərpası müəyyən vaxt tələb edir. Adətən, ilk 2-3 gün ərzində müraciət edən şəxslərin ödənişlərini qəbul etməkdə çətinlik yarana bilər. Əvvəllər isə bu müddət xeyli uzun olurdu. Müştərilərə 3-6 ay sonra yenidən müraciət etmələri tövsiyə edilirdi. Bu müddətdə gecikmə günləri və faizlər hesablandığından həm borclular, həm də ləğvedici qismində Fond üçün əlavə iş yükü yaranırdı və sonradan çoxsaylı düzəlişlər aparılmalı olurdu".

O qeyd edib ki, "Muğanbank"ın ləğvi zamanı isə artıq üçüncü gündən bütün ödəniş sistemlərinin fəaliyyəti tam bərpa edildi və ödənişlərin qəbulu təmin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 İyul 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri