ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) əmək hüquqlarının qorunmasına nəzarətin həyata keçirilməsində və layiqli əmək prinsiplərinin təmin olunmasında mühüm rola malikdir.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, ƏMAS işçi ilə işəgötürən arasındakı əmək münasibətlərinin əmək müqaviləsi ilə e-qaydada rəsmiləşdirilməsi və bu münasibətlərin rəqəmsal əsasda idarəedilməsi imkanını yaradan vahid əmək münasibətləri platformasıdır.
Altsistemdə əmək müqaviləsinin qüvvədə olduğu müddət, müqaviləyə dəyişikliklər, işçiyə ödənilən əməkhaqqı, əmək məzuniyyətinin verilməsi, ezamiyyətə göndərilmə və s. barədə məlumatlar əks olunur ki, bu məlumatlar əsasında əmək hüquqlarının qorunmasına müvafiq nəzarət həyata keçirilir.
Bunlarla yanaşı, işçi və işəgötürənlər üçün rəqəmsal xidmətlərə əlçatanlığın artırılması, əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin daha çevik və səmərəli təşkili məqsədilə ƏMAS-ın təkmilləşdirilməsi istiqamətində də davamlı işlər görülür.
Altsistemdə əmək müqavilələrinin müddətinin başa çatması və əmək qanunvericiliyinin pozulması riskləri ilə bağlı əvvəlcədən bildirişlərin göndərilməsini nəzərdə tutan proaktiv xidmət modelinin inkişaf etdirilməsi, işəgötürənlər üçün özünüyoxlama (“self-check”) alətlərinin və rəqəmsal audit mexanizmlərinin tətbiqi imkanları da nəzərdən keçirilir.
Qeyd edək ki, oktyabrın 7-si Ümumdünya Layiqli Əmək Günüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:260
Bu xəbər 07 Oktyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















