“Əmək bazarı” işçi qrupunun 2025 ci il üçün Fəaliyyət Planı müzakirə olunub
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.
İclasda işçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
İşçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planının icrası, habelə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2024-cü il üzrə Yol Xəritəsi üzrə görülmüş işlərə dair təqdimatlar edilib.
Görüşdə, həmçinin əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi və işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətlərində atılan addımlar qeyd olunub.
Hesabatın müvafiq alt-indikatoru üzrə aparılan diaqnostikanın ilkin nəticələrindən, 2025-ci ildə qarşıda duran prioritetlərdən bəhs olunub.
“Əmək bazarı” işçi qrupunun 2025-cü il üçün Fəaliyyət Planının və 2025-ci il üçün “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru üzrə Yol Xəritəsinin layihələri müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 13 Fevral 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















