Icma.az
close
up
RU
“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub

“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.

İclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri və üzvləri və özəl sektor nümayəndələri iştirak ediblər.

İclasda “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planına daxil edilməsi üçün aidiyyəti qurumlar tərəfindən təklif edilmiş tədbirlər və həmin tədbirlərin Qlobal İnnovasiyalar İndeksinin alt-indikatorlarının nəticələrinə birbaşa müsbət təsir göstərə bilmə imkanlılığı və digər aidiyyəti məsələlər ətraflı şəkildə müzakirə edilib.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış çıxışı edərək 2025-ci il üzrə Qlobal İnnovasiyalar İndeksində Azərbaycanın mövqeyinin yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.

Eyni zamanda bildirdi ki, “Texnologiya və innovasiyalar” İşçi qrupunun üzvləri tərəfindən 2025-ci il üzrə Fəaliyyət Planına Qlobal İnnovasiyalar İndeksinin alt-indikatorlarına birbaşa müsbət təsir göstərən tədbirlərin əlavə edilməsi məqsədilə təkliflər təqdim edilib.

İclas zamanı sözügedən təkliflərin daha da konkretləşdirilməsi və ölçüləbilən olması üçün işçi qrupun üzvlərinə müvafiq tövsiyələrini və tapşırıqlarını verərək qısa müddət ərzində təklifləri ümumiləşdirərək işçi qrupun Katibliyinə təqdim edilməsini bildirib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. Həmçinin növbəti il üçün işçi qrupun Katibliyi tərəfindən İndeksin alt-indikatorlarının metodologiyasına uyğun olaraq tədbirlərin formalaşdırıldığını əlavə edib.

Davam edərək bildirdi ki, bugünkü iclasda əsas məqsədimiz nəticə əsaslı tədbirləri müəyyənləşdirərək növbəti ilin Fəaliyyət Planını təkmilləşdirməkdir ki, bu tədbirlərin icrası yekunda həm Qlobal İnnovasiya İndeksinə, həm də sahəvi göstəricilərə müsbət təsir etsin. Bundan əlavə, təqdim edilmiş təkliflər üzrə əsas keyfiyyət göstəricilərinin və icra müddətlərinin müəyyən edilməsini qeyd edib.

İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrup tərəfindən müvafiq təkliflər verilib və qərarlar qəbul edilib.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Dekabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri