“Əmək bazarı” işçi qrupunun növbəti iclası olub
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi "Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilib
İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev və işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.
İclasda İşçi qrupun Fəaliyyət Planına daxil olan İqtisadi Azadlıq İndeksi və Qlobal İstedad Rəqabətliliyi İndeksinin yekun nəşrlərinə dair təqdimatlar edilib. Həmin indekslər üzrə əmək bazarı ilə bağlı indikatorlar və ölkəmizin göstəriciləri barədə məlumat verilib.
Görüşdə əmək bazarının inkişaf etdirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması və məşğulluq imkanlarının daha da genişləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 İyul 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















