Icma.az
close
up
RU
COP29: Yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidlə bağlı müzakirələr davam etdirilib

COP29: Yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidlə bağlı müzakirələr davam etdirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə keçirilən COP29 çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkil etdiyi “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksəksəviyyəli cənub-cənub siyasi dialoqu” tədbiri bu gün növbəti panel sessiyalarla işini davam etdirib.

Sessiyaların açılışında BƏT-in Müəssisələr Departamentinin direktoru, Yaşıl İqtisadiyyat üzrə Fəaliyyət Tərəfdaşlığının İdarə Heyətinin üzvü Rie Vejs-Kjeldgaard, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov, Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz çıxış ediblər.

Yaşıl iqtisadiyyata keçid prosesində hamı üçün layiqli yaşıl iş yerlərinin inkişafının və dairəvi iqtisadiyyat yanaşmalarının təşviqi, BƏT-in Təlimatlarının tətbiqi məsələlərinin müzakirə olunduğu bu tədbirin önəmi və fəal, səmərəli təcrübə mübadilələrinə imkan yaratdığı vurğulanıb.

Müxtəlif ölkələrdən, BMT-dən və digər beynəlxalq təşkilatlardan yüksəksəviyyəli rəsmilərin iştirak etdiyi panel müzakirələrində kömür mədəni regionlarında, habelə Asiya-Sakit Okean regionunda yaşıl enerjiyə keçid, bǝrpaolunan enerji mǝnbǝlǝrindǝn istifadǝnin təşviqi, yaşıl iş yerlərinin yaradılması, gender bərabərliyinin təmin edilməsi sahələrində mövcud vəziyyət və aparılan siyasətlərdən bəhs olunub, təcrübələr təqdim edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov müzakirələrin yekununda çıxış edərək yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçidə nail olmaq üçün ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin xüsusi önəmini diqqətə çatdırıb. O, layiqli əməyin təminatı sahəsində fəal siyasətə malik Azərbaycanın bu sahədə BƏT-lə davamlı əməkdaşlığını, ötən dövrdə həmin Təşkilatın 59 Konvensiya və 1 Protokolunu ratifikasiya etdiyini bildirib.

Nazir müavini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ötən il imzalanmış Baş Kollektiv Sazişində yaşıl iqtisadiyyata ədalətli keçid üçün vəzifələrin müəyyən edildiyini diqqətə çatdırıb.

A.Kərimov ölkəmizdə əməkhaqqı və digər sosial ödənişlərin artırılması sahəsində atılan mühüm addımları, yeni yaradılan Əməyin Mühafizəsi Mərkəzinin əhəmiyyətini, “Əmək və Məşğulluq” altsisteminin üstünlüklərini qeyd edib. O, həmçinin yaşıl iş yerləri və bacarıqların inkişafı, Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərinin tətbiqi istiqamətində görülən işlər, əmək, məşğulluq, sosial müdafiə sahələrində əldə olunan rəqəmsal uğurlar, əmək qanunvericiliyində aparılmış təkmilləşdirmələr barədə məlumat verib.

Yaşıl iqtisadiyyata ədalətli keçidin işçilərin rifahı, iqtisadi artım və ətraf mühitin mühafizəsini birləşdirən modelin qurulmasına xidmət etdiyini vurğulayan nazir müavini bu istiqamətdə əməkdaşlığın daha da genişlənməsinin birgə səylərlə uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see246

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see174

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see144

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see143

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see141

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri