Icma.az
close
up
RU
Əmək bazarında hansı ixtisaslara tələbat azalır?

Əmək bazarında hansı ixtisaslara tələbat azalır?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda son illər əmək bazarında bəzi ixtisaslar üzrə tələbatın azalması, eyni zamanda müəyyən sahələrdə məzun sayının ehtiyacı üstələməsi təhsil sistemi ilə əmək bazarı arasındakı uyğunluq məsələsini yenidən gündəmə gətirib. Xüsusilə bəzi ixtisaslar üzrə məzunların iş tapmaqda çətinlik çəkməsi, qəbul planlarının əmək bazarının real tələblərinə nə dərəcədə uyğun olması ilə bağlı müzakirələri artırır. Bu kontekstdə bəzi ixtisasların qəbul planının azaldılması, hətta müəyyən istiqamətlər üzrə ixtisasların ləğv olunmasının vacibliyi ilə bağlı fikirlərə də zaman-zaman rast gəlinir. Maraqlıdır, hazırda Azərbaycanda əmək bazarında ən az tələbat olan ixtisaslar hansılardır

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, son illərdə əmək bazarında baş verən dəyişikliklər ixtisas seçiminə yanaşmanı da xeyli dəyişib.

"Əvvəllər əsas məqsəd sadəcə universitetə qəbul olmaq idisə, indi gənclər və valideynlər daha çox düşünürlər ki, seçilən ixtisas gələcəkdə real iş imkanları yaradacaqmı. Bu, çox düzgün yanaşmadır. Çünki ali təhsil yalnız diplom almaq deyil, həm də insanın gələcək həyat yolunu müəyyən edən mühüm bir qərardır.
Hazırda Azərbaycanda bəzi ixtisaslar üzrə məzun sayı əmək bazarının ehtiyacını üstələyir. Xüsusilə hüquq, menecment, beynəlxalq münasibətlər, iqtisadiyyatın bəzi istiqamətləri və ümumi sosial-humanitar sahələrdə rəqabət kifayət qədər yüksəkdir. Bu o demək deyil ki, həmin ixtisaslar əhəmiyyətsizdir və ya bu sahələrdə uğur qazanmaq mümkün deyil. Sadəcə olaraq, bu istiqamətlərdə artıq təkcə diplom kifayət etmir. Gənc mütəxəssisin özünü fərqləndirməsi üçün xarici dil bilikləri, rəqəmsal bacarıqlar, praktiki təcrübə və daim öz üzərində işləmək istəyi vacibdir".

G.Əkbərova hesab edir ki, məsələni “hansı ixtisası bağlayaq?” sualı ilə deyil, “bu ixtisası necə daha faydalı və müasir edək?” sualı ilə dəyərləndirmək daha doğrudur:

"Dünya təcrübəsində də əsas yanaşma budur. Məsələn, Almaniya, Finlandiya, Sinqapur kimi ölkələrdə əmək bazarında tələbat azalan proqramlar tamamilə ləğv olunmur. Əvəzində qəbul planı tənzimlənir, tədris proqramları yenilənir və tələbələrə əlavə praktik bacarıqlar qazandırılır. Yəni məqsəd ixtisasları bağlamaq yox, onları zamanın tələblərinə uyğunlaşdırmaqdır".

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda da bəzi ixtisaslar üzrə uzun illərdir tələbə qəbulu aparılır, lakin məzunların bir hissəsi iş tapmaqda çətinlik çəkir:

"Bu zaman universitetlər əmək bazarı ilə daha sıx işləməli, təhsil proqramlarına staj, layihə əsaslı öyrənmə, süni intellekt, rəqəmsal texnologiyalar və kommunikasiya bacarıqları kimi müasir komponentlər əlavə etməlidirlər. Çünki bu gün işəgötürənlər yalnız nəzəri bilik deyil, real bacarıq və təşəbbüskarlıq da gözləyirlər.
Hazırda və yaxın gələcəkdə informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik, mühəndislik, logistika, kənd təsərrüfatı texnologiyaları, səhiyyə, pedaqogika və peşə təhsili sahələrinin daha perspektivli olacağı gözlənilir. Bununla belə, uğurun sirri yalnız “dəb olan” ixtisası seçməkdə deyil. Ən yaxşı seçim insanın marağı, qabiliyyəti və əmək bazarının ehtiyaclarının üst-üstə düşdüyü nöqtədə olur".

G.Əkbərova abituriyentlərə və valideynlərə tövsiyəsimodur ki, ixtisas seçərkən yalnız prestijə və ya ətrafdakılarının fikrinə əsaslanmasınlar:

"Gəncin hansı sahəyə marağının olduğunu, hansı bacarıqlara sahib olduğunu və özünü hansı peşədə xoşbəxt hiss edəcəyini nəzərə almaq çox vacibdir. Sevilərək seçilən və məsuliyyətlə inkişaf etdirilən ixtisas insanı daha uğurlu edir.

Bu gün ixtisas seçimi qarşısında duran hər bir gəncə demək istəyirəm ki, düzgün seçilmiş peşə insanın həyatına istiqamət verir. Ən vacibi isə odur ki, hansı sahəni seçməyinizdən asılı olmayaraq, öyrənməkdən, yenilənməkdən və öz üzərinizdə işləməkdən heç vaxt vaz keçməyin. Çünki gələcəyin ən uğurlu insanları yalnız diplomu olanlar deyil, daim inkişaf edən və dəyişən dünyaya uyğunlaşa bilən insanlar olacaq".

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, əmək bazarında bəzi ixtisaslara marağın sürətlə artması gələcəkdə həmin sahələrdə ciddi rəqabət yarada bilər.

"Hazırda abituriyentlərin ən çox üstünlük verdiyi istiqamətlər əsasən IT, maliyyə-iqtisadiyyat, tibb və hüquq sahələridir. Xüsusilə kompüter elmləri, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi kimi sahələrə maraq yüksəkdir və bu istiqamətdə kadr hazırlığının artması gələcəkdə əmək bazarında həmin ixtisas sahiblərinin sayının çoxalmasına səbəb olacaq.

Bu ixtisaslar üzrə yalnız ən yaxşı məzunlar əmək bazarında daha rahat yer tapa biləcəklər. Abituriyentlər seçim zamanı yalnız bir istiqamətə yönəlməməli, fərqli və perspektivli sahələri də nəzərdən keçirməlidirlər”.

Ekspert hesab edir ki, ali və orta ixtisas təhsili müəssisələrində əmək bazarında tələbatın aşağı olduğu bəzi ixtisaslar üzrə plan yerləri azaldılmalıdır:

“Tamamilə ləğv olunma hələ ki, gündəmdə deyil. Amma ehtiyac olmayan sahələr üzrə qəbul planı azaldılmalı, vacib və strateji istiqamətlər üzrə isə artırılmalıdır”.

E.Əfəndi, Azərbaycanda kənd təsərrüfatı sahəsində ciddi kadr çatışmazlığı mövcudluğuna da diqqət çəkib:

"Buna baxmayaraq, abituriyentlər aqronomluq, aqromühəndislik, zootexniklik, baytarlıq və bitkiçilik kimi ixtisaslara maraq göstərmirlər. Əmək bazarında bu sahələr üzrə boşluq var və kifayət qədər mütəxəssisə ehtiyac duyulur”.

Ekspert əlavə edib ki, bəzi ixtisaslarda plan yerlərinin azaldılması daha məqsədəuyğun ola bilər:

“Arxiv sənədlərinin qorunması, bədii yaradıcılıq, dizayn, turizm, sosiologiya və sosial iş kimi sahələrdə məzunların iş tapması ilə bağlı müəyyən problemlər mövcuddur. Müvafiq qurumlar hansı ixtisaslara tələbatın az olduğunu araşdırmalı və plan yerlərini buna uyğun tənzimləməlidirlər”, - deyə E.Əfəndi fikrini tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 May 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri