Icma.az
close
up
RU
Əmək hüquqları pozuldu, yüksək məbləğdə cərimə cəzası kəsildi

Əmək hüquqları pozuldu, yüksək məbləğdə cərimə cəzası kəsildi

Icma.az, Pravd.az-ə istinadən məlumat verir Əmək hüquqları pozuldu, yüksək məbləğdə cərimə cəzası kəsildi.

"Creative and İnnovative Solutions" MMC cərimələnib.

Pravda.az-ın xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimələnib.

Xatırlatma: Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Xəyal Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri