Icma.az
close
up
RU
Apofis asteroidinin Yerə rekord yaxın məsafədən keçməsi ilə bağlı missiyaya hazırlanır

Apofis asteroidinin Yerə rekord yaxın məsafədən keçməsi ilə bağlı missiyaya hazırlanır

Icma.az, Azertag saytına istinadən bildirir.

Stokholm, 9 iyun, AZƏRTAC, Nərgiz Cəfərli

2029-cu il aprelin 13-də Apofis asteroidi Yerə cəmi 32 000 kilometr məsafədən keçəcək. Məsafənin yaxınlığına görə onu adi gözlə müşahidə etmək mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, bu, olduqca nadir hadisədir, çünki, bu ölçüdə obyektlər Yerə min ildən bir bu qədər yaxınlaşır.

Apofisin forması Amerika futbolu topunu xatırladır. O, uzununa dartılmış şəkildə öz oxu ətrafında fırlanaraq irəliləyir. Asteroidin uzunluğu təxminən 450 metrdir ki, bu da təxminən dörd futbol meydançasına bərabərdir. Orta diametri 340 metr təşkil edir ki, bu da təxminən Eyfel qülləsinin hündürlüyünə bərabərdir. Bu göstəricilər onu Yerə bu qədər yaxın keçən ən iri asteroidlərdən birinə çevirir.

“Bu cür hadisə yalnız min ildə bir dəfə baş verir”, – deyə Kiruna şəhərindəki Kosmik Fizika İnstitutunun (IRF) professoru Stas Barabaş qeyd edir. Onun sözlərinə görə, asteroid Cənubi Avropa, Şimali Afrika, Yaxın Şərq və Qərbi Asiya sakinləri tərəfindən adi gözlə də görünəcək və o, parlaq və sürətlə hərəkət edən ulduza bənzəyəcək.

Gələcəkdə potensial təhlükəni nəzərə alaraq, Avropa Kosmik Agentliyinin (ESA) alimləri Apofis asteroidini öyrənmək məqsədilə RAMSES (Rapid Apophis Mission for Space Safety – Kosmosun Təhlükəsizliyi üçün Sürətli Apofis Missiyası) adlı kosmik zondu göndərməyi planlaşdırırlar. Bu zond asteroidin fiziki quruluşunu, tərkibini və Yerin cazibəsi ilə maqnit sahəsinin təsiri altındakı davranışını araşdıracaq. Barabaş bildirir ki, Yer cazibəsi ilə qarşılıqlı təsir Apofisin orbitini dəyişə bilər və bu da gələcəkdə mümkün risklərin qiymətləndirilməsi üçün mühümdür.

RAMSES missiyası gələcəkdə Yer üçün real toqquşma təhlükəsi yaradan asteroid aşkar olacağı halda, fövqəladə vəziyyətə hazır olduqlarını göstərmək məqsədi daşıyır.

Əgər Apofis Yerə düşsəydi, qlobal fəlakətə səbəb olmasa da, lokal miqyasda dağıdıcı nəticələrə gətirib çıxarardı. Məsələn, okeana düşəcəyi təqdirdə güclü sunami yarada bilərdi. Zərbə enerjisi 2000 meqatondan çox trotil ekvivalentində qiymətləndirilir ki bu da dinozavrları məhv edən asteroidin gücündən xeyli az, lakin Tunqus meteorundan dəfələrlə güclüdür.

Alimlərin əsas məqsədi missiyanı 2028-ci ilin aprel ayına qədər hazırlayıb orbitə buraxmaqdır. Barabaşın sözlərinə görə, bu layihədə İsveç kosmik sənayesinin iştirakı həlledici rol oynayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2025 02:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri