Icma.az
close
up
RU
Əmək hüquqlarının təmin edilməsində əsas problem əsaslandırılmamış ixtisarlardır

Əmək hüquqlarının təmin edilməsində əsas problem əsaslandırılmamış ixtisarlardır

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Əmək hüquqlarının təmin edilməsi sahəsində mövcud olan ciddi problemlərdən biri də əsaslandırılmamış ixtisarların aparılmasıdır.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub.

Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan məruzədə bildirilib ki, bir sıra hallarda idarəetmənin təkmilləşdirilməsi prosesində yeni struktur bölmələrin yaradılması zamanı insan resurslarının idarə edilməsi prinsiplərinə əməl olunmur.

Sənəddə yer alıb ki, ştat sayının təsdiq edilmiş strukturun tələblərinə cavab verməməsi və ya struktur bölmələr qarşısında dəqiq vəzifələr müəyyən olunmadan ixtisarların aparılması əmək hüquq pozuntularına, o cümlədən əmək fəaliyyətini davam etdirən işçilərin iş yükünün daha da artmasına səbəb olmaqla yanaşı, ümumilikdə müəssisənin fəaliyyətinə neqativ təsir göstərir.

Həmçinin sənəddə yer alan məlumatlara əsasən, bir sıra sahələrdə, xüsusilə tikinti-inşaat sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizliyi norma və qaydalarına yetərincə riayət edilmir.

Belə ki, araşdırmalara və müşahidələrə əsasən bir çox yeni inşa edilən binalarda işçilər hələ də təhlükəli əmək şəraitində işləyirlər. Bununla yanaşı, işçilərin şiddətli külək şəraitində və ya havanın temperaturuna dair müəyyən edilmiş normalara riayət edilmədən açıq havada, qanunvericiliyin tələblərinə zidd qaydada işlərə cəlb olunması hallarına da rast gəlinir. Odur ki, bu sahəyə məsul olan dövlət qurumları səlahiyyətləri daxilində əməyin mühafizəsi və texniki təhlükəsizliyi norma və qaydalarına riayət edilməsinə nəzarəti gücləndirməlidirlər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 Mart 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri