Icma.az
close
up
RU
Əmək Liqasının sədri: Məsafədən əmək fəaliyyətinin təşkili işəgötürən üçün əlavə yük yaratmır

Əmək Liqasının sədri: Məsafədən əmək fəaliyyətinin təşkili işəgötürən üçün əlavə yük yaratmır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda Əmək Məcəlləsində məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların və sair məsələləri nəzərdə tutulan dəyişikliklərlə bağlı qanun layihələrinin bir hissəsi də müvafiq qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq, bildirilib.

Qeyd edilib ki, normativ hüquqi aktların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan sonra Nazirlik tərəfindən Nazirlər Kabinetinə təqdim olunur. Əmək Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin bir hissəsi də müvafiq qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib və bir qismi isə müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Təqdim edilmiş layihələrə hazırda baxılmaqdadır: “Layihələrlə bağlı yeniliklər olduqda ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında demişdi ki, Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müddəaları və sair məsələləri nəzərdə tutur.

Məsələ ilə bağlı açıqlama verən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki, fikrimcə, məsafədən əmək fəaliyyətinin təşkili işəgötürən üçün əlavə yük yaratmır:


“Lakin məsafədən işləyən şəxslərlə bağlı əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinin necə təmin ediləcəyi hüquqi və praktiki baxımdan bəzi qeyri-müəyyənliklər doğurur. Çünki iş yerində işçinin sağlamlığına dəyən ziyana görə işəgötürən məsuliyyət daşıyır və üçüncü şəxslər qarşısında məsuliyyətini sığortalayır. Xüsusilə məsafədən əmək fəaliyyəti zamanı işçinin öz yaşayış sahəsində, avtomobilində və ya üçüncü tərəfə məxsus digər ofis və məkanlarda işlədiyi hallarda ona necə cavabdehlik daşıyacaq? Bu məsələ necə tənzimlənəcək? Baxın bu çətinlik yarada bilər. Qalan məsələlərdə isə işəgötürən müəyyən edir ki, hansı işçi məsafədən, hansı yerindən işləsin. Bu, işəgötürənin hüququdur və sadəcə onun hüquqi çərçivələri yaradılır. Saatlıq tariflərdə,  iş rejimində və digər məsələlərdə heç bir dəyişiklik gətirməyəcək. Minimum əmək haqqı alan şəxslərdə isə nəsə dəyişə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyun 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri