Icma.az
close
up
RU
Əmək pensiyası alanların NƏZƏRİNƏ!

Əmək pensiyası alanların NƏZƏRİNƏ!

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda  vətəndaşların əmək pensiyası hüququ qanunvericiliklə tənzimlənir və bu sahədə müəyyən şərtlər və mexanizmlər mövcuddur. Bəzi hallarda vətəndaşların pensiya almaq hüququ ilə bağlı suallar yaranır.

Bu hüquq necə əldə olunur, hansı yaşda təyin edilir və nə zaman dayandırıla bilər?

Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əmək pensiyası hüququnun əldə olunması və bu hüququn qorunması ilə bağlı vacib məqamlara aydınlıq gətirib:

O, bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, 25 il sığorta stajına malik olan və ya minimum pensiya kapitalını toplamış şəxslər əmək pensiyası almaq hüququna malikdirlər:

“Əgər xüsusi şərtlərlə pensiya hüququ yaranmırsa, bu zaman kişilər 65, qadınlar isə 64 yaşına çatdıqda əmək pensiyasına çıxmaq hüququ əldə edirlər. Əgər vətəndaşın 25 illik sığorta stajı yoxdursa və ya onun fərdi hesabında toplanmış pensiya kapitalı tələb olunan minimum məbləğə çatmırsa, həmin şəxsə əmək pensiyası deyil, yaşa görə müavinət təyin olunur”, - deyə deputat bildirib.

Vüqar Bayramov  qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, vətəndaşın fərdi hesabında 2018-ci il iyulun 1-dək hətta 1 manat vəsaitin olması belə ona avtomatik şəkildə əmək pensiyası almaq hüququ verir:

“Bu, amnistiya mexanizmi çərçivəsində tətbiq olunur və vətəndaşlar bu imkanlardan hazırda da yararlana bilirlər. Ən vacib məqam isə ondan ibarətdir ki, əmək pensiyası hüququ qanunla təsdiqləndikdən sonra bu hüquq heç bir halda ləğv edilə və ya dayandırıla bilməz.

Qanunla əmək pensiyası almaq hüququ qazanan vətəndaş bu hüququ pensiya təyin olunduqdan sonra da daimi şəkildə saxlayır. Əmək pensiyası hüququ qanuni şəkildə əldə olunduqdan sonra onun pozulması və ya ləğvi mümkün deyil. Bu hüquq dəyişdirilmir və vətəndaşlar pensiya almaqda davam edirlər”, - deyə deputat bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://news24.az
archiveBu xəbər 31 May 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri