Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Youtube” platforması tərəfindən gümüş plaketə layiq görülüb
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi “Youtube” kanalı izləyici sayı 100 mini ötdüyü üçün qurum “Youtube” platformasının gümüş plaketinə layiq görülüb.
XQ xəbər verir ki, nazirliyin “Youtube” kanalının hazırda 115 mindən çox izləyicisi var. Kanal üzərindən ictimaiyyətin əmək və məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya, sosial xidmətlər, himayədar ailə, övladlığagötürmə və digər aidiyyəti fəaliyyət sahələrinə dair ardıcıl məlumatlandırılması işləri aparılır.
Təqdim edilən xəbər və müsahibələr, maarifləndirici videomateriallar, həmçinin proaktiv məlumatlandırma məqsədli materiallar izləyicilər tərəfindən böyük maraqla qarşılanır. Ötən dövrdə Nazirliyin “Youtube” kanalı üzərindən paylaşılan 14 mindən çox videoya 33 milyondan çox baxış olub.
Son bir ayda isə Nazirliyin “Youtube” kanalına baxış sayı video və "shorts" bölməsi üzrə 400 minə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 04 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















