Icma.az
close
up
RU
Əmək və Sosial Münasibətlər Akademiyasında elmi nəşrin təqdimatı oldu Fotolar

Əmək və Sosial Münasibətlər Akademiyasında elmi nəşrin təqdimatı oldu Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında “İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” mövzusunda tədbir təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində Konfederasiyanın dəstəyi ilə hazırlanmış “Qlobal Davamlı İnkişaf Strategiyası: İnnovasiya, Modelləşdirmə və İttifaqlar” xüsusi elmi nəşrinin təqdimatı keçirilib. Bununla yanaşı, Akademiyada Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin açılışı olub həmçinin Konfederasiyanın təşəbbüsü ilə keçirilmiş “Yaşıl gələcək bizim gözümüzlə” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri,  Əmək və Sosial Münasibətlər Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.

Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə həyata keçirdiyi siyasət və ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində qəbul edilmiş qərarların qlobal əhəmiyyətindən bəhs edib.

Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da iqlim dəyişmələri ilə mübarizə, ətraf mühitin mühafizəsinə dair tədbirlər həyata keçirir və xüsusi elmi nəşrin hazırlanması bu istiqamətdə görülən işlərin davamıdır.

Nəşrdə yer alan məqalələrin elmi dəyəri, aktuallığı və COP29-un məqsədlərinin müəyyənləşdirilməsindəki rolu vurğulanıb. Bildirilib ki, nəşr iqlim dəyişmələri ilə bağlı elmi-tədqiqat işləri, oxucuların elmi potensialının inkişafı və müvafiq sahədəki araşdırmalar üçün etibarlı istinad mənbəyidir.

Həmçinin yeni yaradılan Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin ölkəmizdə elmi nəşrlərin keyfiyyətinin artırılması və rəqəmsal identifikasiya sistemlərinin genişləndirilməsi baxımından önəmi qeyd edilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc xüsusi elmi nəşrin iqlim dəyişmələri ilə mübarizədə maarifləndirməyə dair önəmini və geniş oxucu auditoriyasında maraq doğuracağına inamlarını ifadə edib, eyni zamanda Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin yaradılmasının milli elmi jurnalların və nəşrlərin davamlı identifikatorlarla təmin olunması baxımından əhəmiyyətindən danışıblar.

Tədbir çərçivəsində Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi tərəfindən bir sıra nəşrlərə rəqəmsal obyekt identifikatoru kodu verilib.

Sonda “Yaşıl gələcək bizim gözümüzlə” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb.

















Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vilayət Eyvazovdan bəylə gəlinə sürpriz FOTOLAR

23 Noyabr 2025 14:12see244

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see212

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see185

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see173

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see140

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see134

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see132

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see129

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see129

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see129

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see128

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see128

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see126

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see125

Suitilərin əvvəllər məlum olmayan davranış xüsusiyyəti aşkar edilib...

21 Noyabr 2025 23:38see121

Kürdəmir sakini saxta kredit vədinin qurbanı oldu (VİDEO)

21 Noyabr 2025 19:12see121

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see120

Çin rabitə peykini orbitə çıxardı

22 Noyabr 2025 01:38see120

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri