Icma.az
close
up
RU
Metin Sitti AHİK in Əmək və Sosial Münasibətlər Akademiyasında olub FOTOLAR

Metin Sitti AHİK in Əmək və Sosial Münasibətlər Akademiyasında olub FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Türkiyənin Koç Universitetinin rəhbərliyi ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə Konfederasiya sədri Sahib Məmmədov, Koç Universitetinin rektoru Metin Sitti, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən Yusif Ağayev, həmçinin Akademiyanın professor-müəllim heyəti iştirak ediblər.

Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti diqqətə çatdırıb, dövlət başçısı cənab İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. Bildirilib ki, ölkəmizdə sosial tərəfdaşlıq münasibətləri inkişaf etdirilərək əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu daha da gücləndirilir. Koç Universiteti ilə Əmək və Sosial Münasibətlər Akademiyası arasında əlaqələrin yaradılmasının önəmini qeyd edən Konfederasiya sədri qarşılıqlı təcrübə mübadiləsi, təlimlərin təşkili və digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Koç Universitetinin rektoru Metin Sitti görüşdən məmnunluğunu ifadə edib, Əmək və Sosial Münasibətlər Akademiyası ilə təhsil və elmi-tədqiqat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərindən danışıb.

Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev ali təhsil ocağının fəaliyyətindən, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan bəhs edib, Akademiyanın nəzdində yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin məqsəd və vəzifələri barədə məlumat verib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə Koç Universitetinin qabaqcıl proqramlarını, tədris və təlim təcrübəsini vurğulayaraq, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı münasibətlərin yaradılmasının önəmi barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası və Türkiyənin Koç Universiteti arasında Əməkdaşlıq Memorandumunun imzalanması barədə razılıq əldə olunub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 May 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri