Icma.az
close
up
RU
Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü Fotolar

Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə 2024-2025-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran məzunlar, Konfederasiyanın və üzv təşkilatların rəhbərliyi, dövlət rəsmiləri, Milli Məclisin deputatları, Akademiyanın müəllim heyəti və valideynlər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra “Təşəkkür edirəm, Akademiya” videoçarxı nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov məzunları təbrik edərək dövlətimizin gənclərə və təhsil sahəsinə diqqət və qayğısından danışıb. Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin formalaşdırdığı məqsədyönlü gənclər və təhsil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərin yüksəkixtisaslı kadr kimi yetişməsi, potensialının reallaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm və təhsil sahəsində reallaşdırılan müxtəlif sosial və innovativ layihələr gənclərin fərdi və peşəkar inkişafında mühüm rol oynayır.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığını prioritet istiqamət kimi müəyyən etdiyini diqqətə çatdıran Konfederasiya sədri hazırda ali təhsil ocağında tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işləri qeyd edib.

Sahib Məmmədov məzunları əldə etdikləri bilik və bacarıqlarla dövlətimizin inkişafına töhfə verməyə, daim öyrənməyə və çalışqanlığı həyat tərzinə çevirməyə çağırıb.

Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev tələbə və məzunların uğurlarından söz açıb, ali təhsil ocağının son illər əldə etdiyi nailiyyətlər, genişlənən beynəlxalq əlaqələr və təhsil proqramları haqqında məlumat verib. Bildirilib ki, əsas məqsəd yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən yüksəkixtisaslı kadrlar hazırlamaqdır.

Məzunları təbrik edən Yusif Ağayev onlara ölkəmiz üçün faydalı olmağı, öz üzərilərində davamlı işləməyi və peşəkarlıq səviyyələrini artırmağı tövsiyə edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Milli Məclisin deputatı Samir Vəliyev məzunları təbrik edib, qazandıqları nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirərək gələcəkdə həm şəxsi karyeralarında uğurlar qazanacaqlarına, həm də ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verəcəklərinə inandıqlarını bildiriblər.

Akademiyanın məzunları - Vəfa Hacıyeva və Orxan Rəhmanov çıxış edərək tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüblər. Onlar burada qazandıqları bilik və bacarıqların gələcək peşəkar fəaliyyətlərinə etibarlı zəmin yaratdığını və bu biliklər sayəsində qarşılarına qoyduqları məqsədlərə doğru daha inamla irəliləyəcəklərini deyiblər.

Çıxışlardan sonra məzunların təltifetmə mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi, tədbirdə iştirak edən dövlət rəsmiləri və deputatlar tərəfindən Akademiyanı bitirən 189 məzuna Fəxri fərman və tərifnamələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib. Məzunlar klassik və müasir musiqi sədaları altında bir-birini təbrik edib, xatirə şəkilləri çəkdiriblər.











Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri