Əməkdar artist: “O olmasaydı, indi ölmüşdüm” VİDEO
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
“Bəli, mənə ikinci qrup əlilik verildi. İllərdir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Buna görə ayağımda çürümə prosesi gedirdi. Sağolsun aparıcı Zaur Baxşəliyev mənə yardım etdi. O məni düzgün həkimin yanına yolladı. Nəticədə ayağım sağaldı”.
Pravda.az olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Rəhman Rəhmanov “Gün ortası” verilişində deyib.
Sənətçi iki dəfə qurduğu ailə həyatından bəhs edib:
“Mən iki dəfə ailə qurmuşam. İlk evliliyim 20 il çəkib. Sonra boşanmış və ikinci dəfə ailə qurmuşam. 31 ildir ki, bu evlilik davam edir. Çox xoşbəxtəm. Xanımım Gülü mənə çox gözəl baxır. O olmasaydı, 20 il əvvəl ürəyim partlayıb öləcəkdim”.

Əməkdar artist: “O olmasaydı, indi ölmüşdüm” Video Yeni Sabah
06 Noyabr 2024 16:55
“İlkin olmasaydı mən ölmüşdüm” Mətanət
24 Fevral 2025 09:44
“O olmasaydı 20 il əvvəl ürəyim partlayacaqdı” Əməkdar artist
07 Noyabr 2024 20:55
“O restorandan qovuldum” Əməkdar artist
11 Fevral 2025 19:49

