Əməkdar artist: O pul mənə heç bir günə bəs etmir
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əməkdar artist Gövhər Rzayeva təqaüddən şikayətlənib.
Qarmonçu dolana bilmədiyini deyib:
“Mən “Əməkdar artist” fəxri ada görə hər ay 150 manat məvacib alıram. O pul isə mənə heç bir günə bəs etmir. 55 ildir bu sənətdəyəm. Köhnə nəsil qarmon ifaçılarından birinci mən çıxmışam. Ehtiyacım var, deyim ki, heç olmasa mənə Prezident təqaüdü versinlər, qocalanda heç kimə möhtac olmayım. Axı mənim dolanmalıyam. Pensiya da vermirlər”.

