Icma.az
close
up
RU
Əməkdar artistin bir neçə saniyədə qəfil ölümü: “Süfrə açıb bizi gözləyirdilər, bir anda...”

Əməkdar artistin bir neçə saniyədə qəfil ölümü: “Süfrə açıb bizi gözləyirdilər, bir anda...”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, dünən Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının tanınmış aktyoru Vahid Əliyev 73 yaşında vəfat edib. 

Bu barədə mədəniyyət yazarı Vasif Ayan sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, aktyoru görmək üçün evinə gediblər, lakin qapıdan içəri keçəndə Vahid müəllim dünyasını dəyişib: 

“Mən belə hadisə görməmişdim. Bizi gözləyirdi... Şokdayıq”.

Baş verənlərlə bağlı “Cebheinfo.az”-a açıqlamasında Vasif Ayan deyib ki, hadisə onlar aktyorun evinə çatan anda baş verib. Onun sözlərinə görə, həmin gün Vahid Əliyevə portret hədiyyə ediləcək, həm söhbət, həm də kameraya çəkiliş olacaqdı:

“Biz danışmışdıq ki, onunla görüşəcəyik, həmin görüş də çəkilməli idi. Vahid bəyə portret hədiyyə verəcəkdik. 

Çəkiliş edib və bir az söhbət edib gedəcəkdik. O da bizi gözləyirdi. Hətta süfrə də açmışdılar. Deyirmiş ki, Vasifgil harada qaldılar? 

Həyat yoldaşı deyib ki, gəlirlər. Biz binanın həyətinə daxil olduq, zəng vurduq, yoldaşı pəncərədən baxıb dedi ki, bu tərəfə keçin, içəri girin. Təsəvvür edin, binanın bu tərəfindən o tərəfinə keçdik. Yuxarı qalxanda yoldaşı əli ilə işarə etdi ki, gecikdiniz. 

Hönkür-hönkür ağlayırdı. Yuxarı qalxıb içəri daxil olanda gördük ki, artıq üzünü örtür. Bax belə, bir anın içində gözümüzün qabağında… Portreti ora qoyduq. Təsəvvür edin, portreti görə bilmədi. Yoldaşı portreti açdı, hönkürtü ilə ağlamağa başladı. 

Elə həmin portreti də cənazəni götürəndə özləri ilə götürəcəklər. Biz orada şok vəziyyətində idik. Əlimizdə hədiyyə evə gəlmişik, çay süzüblər, süfrə açıblar, bizi gözləyirlər. Amma saniyənin içində bunlar baş verdi. Gözümüzün qabağında keçindi”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Əməkdar artist qəfil ölüm Vasif Ayan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri