Qazaxıstanla iqtisadi əməkdaşlığın potensialını tam reallaşdırmaq üçün səylər artırılmalıdır NAZİR
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2024-cü ilin yekunlarına əsasən, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli ticarətin həcmi 500 milyon dolları ötüb. SİA xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Astanada Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə danışıqların yekunlaşmasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.
"İlkin kapital həcmi 300 milyon dollar təşkil edəcək Qazaxıstan-Azərbaycan İnvestisiya Fondunun yaradılması ölkələrimiz arasında birgə investisiya layihələrinin icrasına əhəmiyyətli töhfə verəcək", - deyə nazir bildirib.
O qeyd edib ki, yüksəksəviyyəli dövlətlərarası əlaqələri və fəal siyasi dialoqu nəzərə alaraq, iqtisadi əməkdaşlığın potensialının tam reallaşdırılması üçün səylər artırılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 11 Mart 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















