Icma.az
close
up
RU
Əməkdaşlıq regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir

Əməkdaşlıq regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verir

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir.
Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib ki, Azərbaycanla Gürcüstan coğrafiyası arasında enerji sahəsində əməkdaşlığın dərin tarixi və strateji əhəmiyyəti var:
“Bu əməkdaşlıq xüsusilə neft-qaz sektorunda həyata keçirilən böyük infrastruktur layihələri ilə özünü göstərir. 1907-ci ildə Bakıdan Batumiyə çəkilən ilk neft kəmərinin istismara verilməsi ilə Azərbaycanın karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara ixracı üçün qərb istiqamətinə yönəlik marşrutun əsası qoyulub. Həmin dövrdə ağ neft adlandırılan kerosin dünyada ən çox tələbat olan məhsullardan biri idi və Azərbaycan nefti Batumi limanı vasitəsilə dünya bazarına çıxarılırdı. Enerji layihələrinin davamlı və uğurlu həyata keçirilməsi üçün iki əsas amil – iqtisadi və siyasi maraqların uzlaşması vacibdir. Məhz bu baxımdan Azərbaycanla Gürcüstan arasında formalaşan strateji tərəfdaşlıq Xəzər dənizi və quru yataqlarından hasil olunan ehtiyatların beynəlxalq bazarlara çıxarılmasında həlledici rol oynayıb. Son onilliklərdə Cənub Qaz Dəhlizi layihəsi dünyanın enerji tarixində ən iri təşəbbüslərdən biri kimi dəyərləndirilir”. 
Ekspert diqqətə çatdırıb ki, layihənin icrasında Gürcüstan mühüm tranzit ölkə kimi çıxış edib:
“Həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli mənfəət əldə edib. Əgər Azərbaycanla Gürcüstan arasında bu səviyyədə strateji əməkdaşlıq olmasaydı, regionda bu cür genişmiqyaslı enerji layihələrinin həyata keçirilməsi mümkün olmazdı. 1990-cı illərdə Azərbaycanın enerji ehtiyatlarının ixracı üçün bir sıra alternativ marşrutlar nəzərdən keçirilirdi və bəzi qonşu ölkələr, o cümlədən Rusiya və İran bu marşrutların öz ərazilərindən keçməsində israrlı idilər. Azərbaycan və Gürcüstan arasında formalaşan strateji tərəfdaşlıq təkcə karbohidrogen ixracını deyil, həm də limanlar, terminallar və logistika infrastrukturu daxil olmaqla ümumi enerji ekosisteminin inkişafını stimullaşdırıb. Bu əməkdaşlıq regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə verməkdə davam edir”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 İyun 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri