Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Əməliyyat adı ilə qətliam Rusiyanın qanunsuz ƏMƏLLƏRİ

Əməliyyat adı ilə qətliam Rusiyanın qanunsuz ƏMƏLLƏRİ

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisə azərbaycanlı miqrantlara qarşı sistemli ayrı-seçkiliyin və zorakılığın daha bir bariz nümunəsinə çevrildi.

Hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları amansızlıqla döyülərək öldürülüb. Onlarla azərbaycanlı saxlanılıb, bəziləri işgəncəyə məruz qalıb. Əməliyyat zamanı evlərə zorla daxil olunması, qadın və uşaqların da psixoloji təzyiqlə üzləşməsi böyük ictimai narazılıq doğurub.

Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi dərhal hərəkətə keçərək Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilini XİN-ə çağırıb və ciddi etiraz notası təqdim edib. Eyni zamanda, Azərbaycan Milli Məclisinin üzvləri, hüquq müdafiəçiləri və ictimai təşkilatlar bu zorakılığı insan hüquqlarına qarşı cinayət adlandıraraq məsələ ilə bağlı həm daxili, həm də beynəlxalq istintaq tələb ediblər.

Sfera.az xəbər verir ki, bu, son illər Rusiyada qeydə alınan yeganə belə hadisə deyil. 

Belə ki, mütəmadi olaraq azərbaycanlılar və digər Mərkəzi Asiya əsilli miqrantlar hüquq-mühafizə orqanlarının, həm də bəzi yerli qrupların fiziki və psixoloji zorakılığına məruz qalırlar.

2024-cü ilin əvvəlində Yekaterinburqda yenə onlarla miqrant zorakı şəkildə saxlanılmış, diz çökdürülərək təhqir edilmişdi. Daha əvvəl, 2013-cü ildə Moskvanın Biryulyovo rayonunda baş verən iğtişaşlar zamanı azərbaycanlılar daxil olmaqla, yüzlərlə miqrant zorakılığa və həbsə məruz qalmışdı. 2024-cü ilin martında Crocus City Hall-da baş verən terror aktından sonra da Rusiyada miqrantlara qarşı təzyiqlər daha da artmış, hüquq müdafiə təşkilatları minlərlə qanunsuz saxlanılma və onlarca işgəncə faktını sənədləşdirmişdi.

Statistik göstəricilər də bu neqativ meyilləri təsdiqləyir. Levada Mərkəzinin sorğularına əsasən, rusiyalıların təxminən 68 faizi miqrantların ölkədən çıxarılmasını dəstəkləyir. 45 faizə yaxını isə onları Rusiya cəmiyyətinə mənfi təsir göstərən amil kimi görür. Azərbaycanlı miqrantların əksəriyyəti təmizlik, tikinti, xidmət kimi ağır və aşağı maaşlı sahələrdə çalışsa da, cəmiyyətdə bu zümrəyə qarşı empatiya əvəzinə, etinasızlıq və ayrı-seçkilik hiss olunur.

Azərbaycan ictimaiyyəti və diasporası baş verən hadisələrə biganə qalmayıb. “Rusiya Azərbaycanlıları İcması” hadisə ilə bağlı bəyanat yayaraq zorakılığın hüquqi və beynəlxalq müstəvidə araşdırılmasını tələb edib. Azərbaycanda Rusiyaya aid bir sıra mədəni tədbirlər təxirə salınıb, ictimaiyyət məsələnin beynəlxalq tribunalar səviyyəsində müzakirəyə çıxarılmasını istəyir.

Ekspertlər bildirirlər ki, artıq söhbət tək-tək hadisələrdən deyil, sistematik təzyiq və etnik diskriminasiyadan gedir. Onların fikrincə, bu məsələlərin həlli üçün Azərbaycan və Rusiya arasında miqrantların hüquqlarını qoruyan konkret mexanizmlər yaradılmalı, həmçinin BMT, ATƏT və digər beynəlxalq təşkilatların hadisəyə müdaxiləsi təmin olunmalıdır.

Rusiya iqtisadiyyatında ciddi pay sahibi olan miqrantların hüquqlarının pozulması nəinki insani, həm də sosial-iqtisadi təhlükələr doğurur. Azərbaycandan Rusiyaya edilən pul köçürmələrinin 2024-cü ilin sonlarında 30 faizədək azalması da vəziyyətin ciddiliyindən xəbər verir.

Baş verənlər bir daha sübut edir ki, etnik mənsubiyyətə görə təzyiq və zorakılıq yalnız hüquq pozuntusu deyil, həm də cəmiyyətin dərin qatlarında formalaşmış ayrı-seçkiliyin nəticəsidir. Azərbaycanlıların Rusiya cəmiyyətində təhlükəsiz və ləyaqətli şəkildə yaşaması üçün ciddi hüquqi, diplomatik və ictimai tədbirlərə ehtiyac var.

Firuzə Əliyeva
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 İyun 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see318

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see299

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see291

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see284

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see274

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see266

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see259

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see252

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see251

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see246

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see237

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see231

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see227

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see218

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see212

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see208

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri