Emeri “Mançester Siti” üzərində qələbədən sonra: “Fantastik gün idi”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasının səkkizinci turunda “Mançester Siti” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının oyunundan və azarkeşlərin dəstəyindən razı qaldığını bildirib.
“Bu, “Villa Park”da azarkeşlərimizlə birlikdə keçirdiyimiz fantastik gün idi. Hiss edirdik ki, bura bizim qalamızdır və azarkeşlərin bizə verdiyi enerji inanılmaz idi. Premyer Liqada ev oyunlarında qələbə qazana bilmədiyimiz seriyadan sonra “Mançester Siti” ilə görüşdə özümüzü sınadıq və necə inkişaf edə biləcəyimizi düşünərək oynadıq.
Bu gün həqiqətən yaxşı gün idi. “Arsenal”, “Nottingem Forest” və “Brentford”a qalib gələ bilmədiyimiz dövrlə müqayisədə getdikcə güclənirik. Bu gün isə sevinməyə və həftəsonundan zövq almağa haqqımız var. İstirahət edəcəyik, çünki həm bu oyuna, həm də Çempionlar Liqasına ciddi hazırlaşmışıq. Məhz bu yanaşmanı davam etdirmək istəyirik.
“Mançester Siti” ilə oyunda qazandığımız üç xaldan razıyıq. Bu, Premyer Liqanın, Avropanın və dünyanın ən yaxşı komandalarından biridir. Biz də həmin səviyyədə olmaq, “Mançester Siti” kimi komandalarla qarşılaşmaq istəyirik. Futbolçularımız özlərini layiqincə göstərdilər. Bizə məhz belə münasibət, belə yanaşma və belə iş lazımdır”, - deyə Emeri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Oktyabr 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















