Icma.az
close
up
RU
Əmi qardaşı oğullarını tərbiyə etmək istədi, sonu məhkəmədə bitdi

Əmi qardaşı oğullarını tərbiyə etmək istədi, sonu məhkəmədə bitdi

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Füzuli rayonunda 2001-ci il təvəllüdlü Kamran əmisi Tərlana xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun 10 saylı Qayıdış qəsəbəsində baş verib.
Kamran qəsəbədə yerləşən yaşadıqları evin həyətində qardaşı Elmanla olarkən əmisi Tərlan gəlib. Tərlan onlarla mübahisə edib, nəyə görə onun övladını pis vərdişlərə sövq etdiyini soruşub. Kamran mübahisə zamanı əmisinin sağ sifət nahiyəsinə şillə zərbəsi ilə vuraraq ona fiziki ağrı yetirib. 
Kamranın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Tərlan əmisidir, onunla hər hansı düşmənçilik və ya ədavəti yoxdur:
“Biz onunla eyni küçədə yaşayırıq. Məlum hadisə günü, axşam saatlarında qardaşım Elmanla birlikdə fermadan evə gəldik. Həyətdə əyləşərək çay içdiyimiz zaman əmilərim Tərlan və İmran gəldilər, Tərlan Elmana onun oğlunu pozduğunu dedi, nalayiq ifadələr işlədərək üzərinə getdi. Elman isə oradan qaçaraq uzaqlaşdı. Əmim arxasınca düşdü və tutaraq sağ sifətindən şillə zərbəsi ilə, başından yumruq zərbəsi ilə vurdu. Mən isə Tərlanı tutaraq sakitləşdirmək istədim. Onu əlim ilə itələdim. Əmim isə mənə, anama və qardaşım Elmana qarşı nalayiq ifadələr işlətməyə başladı. Tərlanın ağız nahiyəsinə şillə zərbəsi ilə vuraraq sakit dayanmasını dedim. İmran da onu sakitləşdirərək apardı”. 
Tərlanın ifadəsinə görə, Elman oğlu Kənanı pis hərəkətlərə sövq etməyə çalışdığı üçün onu danlayıb və Elmandan uzaq durmasını deyib:
“Lakin Elman oğlumdan əl çəkmədiyi üçün məlum hadisə günü, axşam saatlarında onların yaşadığı evin həyətinə getdim.  Elman və Kamranın həyətdə oturduqlarını gördüm. Elmana yaxınlaşaraq onun sifətinə şillə zərbəsi ilə bir dəfə vurdum, iradımı bildirərək pis vərdişlərdən uzaqlaşmasını və oğlum Kənanı da çağırmamasını dedim. Elman mənə qarşı nalayiq ifadələr işlətdi. O, həyətdə olan dəryazı götürərək üzərimə gəldi. Qardaşım İmran araya girdi və onun əlindən dəryazı alaraq yerə atdı. Elmana onun böyüyü, yəni əmisi olduğumu dedim, hörmətsizlik etməməsini bildirdim. Bu zaman Elmanın qardaşı Kamran yumruq zərbəsi ilə ağız nahiyəmə vurdu. Kamran onlara ağsaqqal lazım olmadığını, özünün bunu bacardığını dedi. Kamrana məndən yaşca kiçik olması səbəbi ilə ona əhəmiyyət vermədim və yaşadığım evə geri qayıtdım”.
Füzuli Rayon Məhkəməsinin hökmü ilə Kamran 1500 manat miqdarında cərimə edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2026 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri