Icma.az
close
up
RU
Emil Mustafayev az qala həyatını itirəcəkdi!

Emil Mustafayev az qala həyatını itirəcəkdi!

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Turun əsas oyununda “Aleksandriya”nı qəbul edən “Şaxtyor” böyükhesablı qələbə sayəsində bu komandaya lap yaxınlaşdı.

Donets klubunun ehiyatda bir oyununun olduğunu da nəzərə alaq. Bu oyunun taleyini “Şaxtyor”un baş məşqçisi Marino Puşiçin fasilədən sonra Sudakovla Eginaldonu meyana buraxması həll etdi. Bu iki futbolçu oyuna keyfiyyət və sürət gətirdi. İlk qolu vuran tərəfin qələbə qazanacağı aydın idi. 77-ci dəqiqədə Eginaldo nominal meydan sahiblərini (oyun Lvovda keçirildi) irəli çıxardı. “Aleksandriya” qoldan sonra böyük qüvvə ilə irəli atıldı və buna görə sərt cəzalandı. Eginaldo və Sudakov hərəyə bir qol vurdu.
“Vorskla” cari mövsümdə lider “Dinamo”dan xal alan 5-ci komanda oldu. Kiyevlilər erkən qolla irəli çıxsa da, nominal meydan sahibləri fasilədən sonra hesabı bərabərləşdirə bildi.
“Karpatı” LNZ ilə oyunun 29-cu dəqiqəsində azlıqda qaldı. Düşünmək olardı ki, Roman Qriqorçukun çalışdırdığı komanda gec-tez qələbə topunu vuracaq. Ancaq 74-cü dəqiqədə Bruninyonun penaltidən vurduğu qol lvovluları sevindirdi.
Martın 1-də keçirilməsi nəzərdə tutulan “İnqulets” – “Krivbass” oyunu uzunmüddətli həyəcan siqnalı üzündən bir gün sonra baş tutdu. Aşkar autsayder “İnqulets” avrokuboklara vəsiqəyə iddialı Krivoy-Roq klubu üzərində inamlı qələbə qazandı.
Emil Mustafayevin şərəfini qoruduğu “Çernomorets” “Levıy bereq”lə oyunda acı məğlubiyyətlə üzləşdi.
Əslində odessalılar futbol hayında deyildi, daha doğrusu, futbolçuların psixoloji tarazlığı pozulmuşdu. İş ondadı ki, oyundan əvvəlki gecə - futbolçular klubun Sovinyondakı məşq bazasında olarkən Rusiyanın pilotsuz uçuş aparatı əraziyə hücum etdi. Havada vurulan dron bazanın 30 metrliyinə düşdü. Partlayışın təsirindən binanın 2-3-cü mərtəbələrində pəncərələr sındı, futbolçular təcili həyətə töküldü. Yaxşı ki onların həyatına təhlükə yaranmadı. Sırf oyuna gəlincə, “Levıy bereq” bu qələbə sayəsində 11-ci pilləyə yüksəldi. Odessalıların isə bu mövsüm elitada yerini qoruması çətin olacaq. Yeri gəlmişkən, start heyətində meydana çıxan Emil 73-cü dəqiqədə əvəzləndi.

“Rux”u qəbul edən “Zarya” ilk dövrədəki acınacaqlı məğlubiyyətin (0:3) əvəzini çıxdı. Son iki oyunda qələbə qazanan komandaların – “Obolon”la “Polesye”nin duelində qolsuz heç-heçə qeydə alındı. Bununla da hər ikisinin qələbə seriyası qırıldı. Turun bazar günü keçirilən son oyununda “Veres” evdə “Kolos”a qalib gəldi. Heç-heçəyə gedən oyunda 8-ci uzatma dəqiqəsində penaltini qola çevirən Xaratin sabiq komandasını məyus etdi.
19-cu tur
Vorskla – Dinamo 1:1
Sklyar, 64 – Buyalski, 16.
Dinamo: Neşeret, Vivçarenko (Dubinçak, 46), Dyaçuk, Mixavko, Tımçik, Buyalski (Şaparenko, 72), Mixaylenko, Pixalenok (Brajko, 62), Yarmolenko (Braqaru, 84), Vanat, Kabayev (Voloşin, 62).
Şaxtyor – Aleksandriya 3:0
Sudakov, 77; 90+4. Eginaldo, 90.
Şaxtyor: Riznık, Bondar, Vinisius, Matviyenko, Pedro Enrike, Bondarenko (Sudakov, 46), Krıskiv (Qram, 84), Nazarina, Kevin, Traore (Eginaldo, 46), Şved (Elias, 73).
Karpatı – LNZ 1:0
Bruninyo, 74-p.
İnqulets – Krivbass 2:0
Puşkarev, 14. Benedyuk, 40.
Çernomorets – Levıy bereq 0:1
Şastal, 21.
Zarya – Rux 2:0
Yatsık, 3. Budkovski, 74.
Obolon – Polesye 0:0
Veres – Kolos 2:1
Krasniki, 6-öz qapısına. Xaratin, 90+8-p. – Qaqnidze, 31.
1. Dinamo 19 14 5 0 40-12 47
2. Aleksandriya 19 12 5 2 28-16 41
3. Şaxtyor 18 12 3 3 45-15 39
4. Krivbass 18 9 4 5 22-18 31
5. Polesye 19 8 7 4 25-16 31
6. Karpatı 19 8 3 8 23-23 27
7. Veres 19 6 7 6 22-25 25
7. Zarya 18 8 1 9 21-22 25
9. Rux 19 5 8 6 21-17 23
10. LNZ 19 6 4 9 19-27 22
11. Levıy bereq 19 5 4 10 10-21 19
12. Kolos 19 3 9 7 13-16 18
13. Obolon 19 4 6 9 11-29 18
14. Vorskla 19 4 5 10 16-27 17
15. Çernomorets 19 4 3 12 13-27 15
16. İnqulets 18 2 6 10 14-32 12
Bombardirlər: Vanat (Dinamo) – 11, Sudakov (Şaxtyor) – 10.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Mart 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see269

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see255

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see253

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see251

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see250

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see250

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see249

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see248

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see228

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see226

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see225

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see223

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see222

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see220

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see215

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see209

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see208

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see202

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see200

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri