Icma.az
close
up
RU
Emin Əmrullayev: Azərbaycanda bəzi elmi qurumlar il ərzində cəmi bir məqalə dərc edirlər

Emin Əmrullayev: Azərbaycanda bəzi elmi qurumlar il ərzində cəmi bir məqalə dərc edirlər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycanda bəzi elmi qurumların illik büdcəsi 1 milyon manat təşkil etsə də, həmin qurumlar il ərzində cəmi bir elmi məqalə dərc edirlər. Nəticədə, ölkə üzrə bir elmi məqalə ortalama 35 min manata başa gəlir. Bu isə elmi fəaliyyətin maliyyələşdirilməsi və səmərəliliyi məsələlərinin yenidən dəyərləndirilməsini zəruri edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elm Festivalında çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, hazırda Azərbaycanda 150-dən çox elmi müəssisə və təşkilat fəaliyyət göstərir. Onlardan 140-a yaxınının böyük əksəriyyətində effektiv elmi məhsul istehsalı müşahidə olunmur: "Bəzi qurumlarda maliyyələşmə mövcuddur, bəzilərində isə bu sahədə problemlər var. Hədəfimiz elmi fəaliyyətin optimallaşdırılması və nəticə yönümlü sistemin qurulmasıdır”, – deyə nazir qeyd edib.

Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda elmin inkişafı dövlətin müəyyən etdiyi əsas prioritet sahələrdən biridir. Elmin populyarlaşdırılması və cəmiyyət üçün anlaşıqlı dildə təqdim olunması bu sahədə əsas çağırışlardan biridir.

“Alimlik uzunmüddətli fədakarlıq tələb edir. Elmi izah edərkən biz tez-tez müxtəlif indekslərdən və adambaşına düşən statistik göstəricilərdən danışırıq. Lakin elmin təsvir dilini daha sadə və əlçatan etmək vacibdir”, – deyə nazir vurğulayıb. O əlavə edib ki, qarşıda duran əsas vəzifələrdən biri də elm və təhsil arasında mövcud olan uçurumu aradan qaldırmaqdır. Uzun illər ərzində bu iki sahə ölkəmizdə bir-birindən ayrı inkişaf edib. “Elm əsasında verilən qərar hər zaman daha düzgün və dayanıqlı olur. Qərarvermə prosesində elmə və tədqiqata əsaslanmaq ən doğru yanaşmadır”, – deyə nazir fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see255

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see201

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see171

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see149

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see145

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see133

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri