Icma.az
close
up
RU
Emin Əmrullayev: Azərbaycanın elm və təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub

Emin Əmrullayev: Azərbaycanın elm və təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Son illərdə ölkədə həyata keçirilən islahatlar Azərbaycan təhsil sistemini regionda texnoloji inkişafın mərkəzinə çevirib. Rəqəmsallaşma və süni intellekt istiqamətində elmi strategiyaların formalaşdırılması, bu sahələrdə tədqiqat potensialının gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Xüsusilə idarəetmə, sosial innovasiyalar və insan kapitalının inkişafı istiqamətində yanaşmaların dərinləşdirilməsi qarşıya qoyulan mühüm vəzifələrdəndir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı məlumat verib.

Nazir ölkə rəhbərliyinin elm və təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan elm və təhsilinin müasir əsaslar üzərində formalaşmasında və bu sahələrin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində oynadığı müstəsna rolu diqqətə çatdırıb. Vurğulayıb ki, bu siyasi və ideoloji xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi nəticəsində son illərdə ölkəmizin elm və təhsil sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın məntiqi nəticəsi kimi, ölkənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə elm və təhsil infrastrukturunun yenidən qurulması istiqamətində mühüm addımlar atılır.

Onun sözlərinə görə, Qarabağ Universitetinin fəaliyyətə başlaması təkcə yeni bir ali təhsil ocağı deyil, həm də Azərbaycanın suverenliyinin və qürurunun bərpasını simvolizə edən tarixi hadisədir. Bu universitetin yaradılması azad edilmiş torpaqlarda elmin, bilik və yaradıcılığın dirçəlişini təcəssüm etdirir.

Emin Əmrullayev çıxışında Azərbaycanın bir dövlət olaraq qarşısında dayanan geniş imkanlardan bəhs edib. Bildirib ki, ölkəmiz mövcud elmi, intellektual və texnoloji potensialını səmərəli şəkildə səfərbər etməklə qısa müddət ərzində regionun lider ölkəsinə çevrilmək imkanına malikdir. Bu məqsədlə insan kapitalının inkişafı, innovasiyaların dəstəklənməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində həyata keçirilən siyasət ölkənin gələcək inkişafına mühüm töhfə verəcək.

Nazir “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsində elm və ali təhsillə bağlı müəyyənləşdirilmiş əsas istiqamətlərdən bəhs edərək vurğulayıb ki, qarşıdakı dövrdə ali təhsilin əhatəliliyinin və əlçatanlığının artırılması, tədris məzmununun müasirləşdirilməsi, keyfiyyət göstəricilərinin yüksəldilməsi, beynəlxalq rəqabətlilik və akademik mobilliyin gücləndirilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. O qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində elmin və ali təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi bu strategiyanın əsas hədəflərindən biridir. Bu baxımdan bilik və texnologiyaların effektiv transferi 2027–2030-cu illərdə Azərbaycan elminin aparıcı istiqamətlərindən biri olacaq.

Emin Əmrullayev elmi kadr hazırlığının müasir tələblərə uyğun təşkilinin yeni yanaşmalar və layihələr əsasında həyata keçirildiyini söyləyib.

Nazir çıxışının sonunda qarşıdan gələn Zəfər Günü və AMEA-nın 80 illik yubileyi münasibətilə Akademiya kollektivini və bütün Azərbaycan elmi ictimaiyyətini təbrik edib. Bildirib ki, Zəfər Günü xalqımızın birliyi, iradəsi, elmi-intellektual potensialı və müzəffər Ordumuzun qəhrəmanlığı ilə qazanılmış tarixi Qələbəsinin rəmzidir. Azərbaycan elminin yeni mərhələdə inkişafı və intellektual potensialın gücləndirilməsi məhz bu Zəfər ruhunun davamı kimi ölkəmizin gələcək yüksəlişinə xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri